Sizin reklam burada 728×90
Son dəqiqə

Azərbaycanda icra başçısını döydülər - ŞOK HADİSƏ - FOTO

23.06.2023 18:12 498 1 dəq oxunur
Azərbaycanda icra başçısını döydülər - ŞOK HADİSƏ - FOTO
Neftçala icra başçısı Mirhəsən Seyidovun sakinlər tərəfindən döyüldüyü bildirilir.

Den.az xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir yazıb.
O, bunları qeyd edib: "Neftçala rayonunun Bankə qəsəbəsində vətəndaşlarla səyyar görüş keçirən Neftçala rayon icra başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyüldüyü bildirilir. İşsizlikdən əziyyət çəkdiyini deyən Zaur adlı kənd sakininin "İnsanlar acından ölür, siz fotosessiya etməklə məşğul olursunuz" deyərək başçıya kəllə atdığı deyilir".

Qeyd edək ki, Sfera.az məlumatı dəqiqləşdirmək üçün Neftçala Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Dövlət qurumu yayılan məlumatları təsdiqləməyib.

“Elə bir şey yoxdur. Hazırda hamı tədbirdədir”, - icra hakimiyyətinin əməkdaşı bildirib.



Bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az