• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib+VİDEO

Gündəm / Cəmiyyət

6-05-2026, 12:19

Xətai rayonunda rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev,YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc, millət vəkilləri Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft–Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən Müharibəsi qəhrəmanları Anar Mirzəyev və Zaur Hüseynov, Xətai Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, şəhid ailələrinin üzvləri, qazilər, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar. Tədbir Baku Marriott Hotel Boulevarddə davam etdirilib. Burada Ulu Öndərin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən Ramil Mirzəyev Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin xilaskarı kimi tarixi rolundan bəhs edib. O bildirib ki, Heydər Əliyev yalnız siyasi lider deyil, həm də müasir Azərbaycanın memarıdır. Onun uzaqgörən siyasəti nəticəsində ölkə parçalanma və tənəzzül təhlükəsindən xilas olaraq sabit inkişaf yoluna qədəm qoyub. Qeyd olunub ki, bu gün həmin siyasi kurs İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra Ümummilli Liderə həsr olunmuş film nümayiş etdirilib.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında Heydər Əliyevin Azərbaycan tarixində müstəsna rolunu vurğulayaraq bildirib ki, onun siyasi iradəsi nəticəsində ölkəmiz müstəqilliyini möhkəmləndirib və beynəlxalq aləmdə layiqli mövqe qazanıb.

Milli Məclisin deputatı Mübariz Qurbanlı Ümummilli Liderin milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycançılıq ideologiyası məhz onun tərəfindən dövlət siyasətinin əsas xəttinə çevrilib.

Deputat Vüqar Rəhimzadə Heydər Əliyevin müəyyən etdiyi siyasi və iqtisadi inkişaf strategiyasının Azərbaycanın bugünkü gücünün əsasını təşkil etdiyini bildirib. Onun sözlərinə görə, neft strategiyası və beynəlxalq layihələr ölkənin dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirib.

Deputat Zahid Oruc çıxışında Heydər Əliyev modelini dövlətçilik və milli təhlükəsizlik baxımından mühüm konsepsiya kimi qiymətləndirib. O qeyd edib ki, bu model güclü dövlətçilik ənənələrinin formalaşdırılmasına xidmət edir.

Deputat Pərvanə Vəliyeva isə sosial siyasətin humanist mahiyyətindən bəhs edərək bildirib ki, Heydər Əliyev hər zaman insan amilini ön planda saxlayıb, xüsusilə qadınların ictimai-siyasi həyatda rolunun artmasına xüsusi diqqət yetirib.

YAP Mərkəzi Aparatının nümayəndəsi Rafael Gülməmmədov çıxışında partiyanın yaranma tarixindən danışaraq qeyd edib ki, Yeni Azərbaycan Partiyası Ulu Öndərin siyasi irsinin davamı kimi formalaşıb və ölkədə sabitliyin təmin olunmasına mühüm töhfə verib.

Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov çıxışında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini vurğulayıb və bildirib ki, bu ideyalar əsasında yetişən nəsil Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirib.

Xətai Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov isə çıxışında vətənə sədaqət və milli dəyərlərin qorunmasının vacibliyini qeyd edib.

Tədbir çərçivəsində bir qrup YAP fəalı Fəxri Fərmanla təltif olunub, həmçinin partiyaya yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilib.

Bədii hissədə vətənpərvərlik mövzusunda kompozisiyalar təqdim olunub və iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.






















Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

26-05-2025, 10:32

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Maraqlı

4-02-2026, 16:33

Yüksək postlarda çalışan azərbaycanlı qadın rəhbərlər - ƏTRAFLI

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Cəmiyyət

30-01-2026, 17:18

XƏTAİ RAYONUNDA GƏNCLƏR GÜNÜNƏ HƏSR EDİLƏN TƏDBİR KEÇİRİLİB

Siyasət

16-08-2022, 16:30

Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Dövlətinin Qurucusu və Memarıdır.

Cəmiyyət

7-11-2025, 16:39

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Cəmiyyət

1-10-2024, 16:35

VII çağırış MM-in komitə və üzvləri - Tam siyahı

Siyasət

6-08-2022, 01:04

Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin əbədiyaşar memarıdır

Cəmiyyət

28-12-2025, 13:52

Xətaidə milli birlik və həmrəyliyin təntənəsi – 31 Dekabr və Yeni il qeyd olundu

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Gündəm

5-04-2024, 20:55

Deputatlar bu gün nələri müzakirə etdi...

Siyasət

1-03-2023, 00:24

YAP Sabunçu rayon təşkilatı 30 illik yubileyini qeyd etdi - FOTO

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 15:34
    Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
  • Bu gün, 14:50
    Bakıda bir neçə yolda sürət həddi endirilib
  • Bu gün, 14:19
    Bayramov Əraqçi ilə danışdı
  • Bu gün, 13:47
    İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
  • Bu gün, 13:33
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • Bu gün, 13:18
    Sabah da Bakıya yağış yağacaq
  • Bu gün, 13:10
    Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
  • Bu gün, 12:20
    İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
  • Bu gün, 12:10
    Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
  • Bu gün, 11:49
    “Xüsusi” hesabatlar, “Xüsusi” notarius və 1,5 milyonluq SİRR…
  • Bu gün, 10:47
    İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
  • Bu gün, 10:40
    MÜTDA-da Arslan Hacıyevin beş günlük ,,XƏLİFƏLİYİ '' - İLGİNC FAKTLAR
  • Bu gün, 10:18
    Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
  • Bu gün, 10:06
    Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?
  • Bu gün, 09:45
    "Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək
  • Dünən, 20:05
    Qarabağın yeni həyatı rəqəmsal platformalarda: tələbə və inflüenserlərlə görüş
  • Dünən, 19:00
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • Dünən, 18:45
    AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
  • Dünən, 18:37
    “Olimp Hospital”da əməliyyatdan sonra öldü
  • Dünən, 18:15
    Prezident: Bizim neft-qaz məhsullarımıza tələbat artacaq
  • Dünən, 18:06
    İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
  • Dünən, 17:32
    İlham Əliyev: Heç kim bizə yol göstərməsin, hərə getsin öz xalqına, dövlətinə gün ağlasın
  • Dünən, 17:21
    İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
  • Dünən, 17:05
    Üçkilsədə "at oynadan" "KQB agenti" - Ermənistanı buxovlayan kilsə bağı - ŞƏRH
  • Dünən, 16:54
    “İrşad”dan şikayətlər bitmir – Foto
  • Dünən, 16:15
    YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib - YENİLƏNİB
  • Dünən, 16:02
    "Keçirilən bu yoxlanış heç də şəffaf olmadı..." - ETİRAZ
  • Dünən, 15:38
    Lukaşenko Ermənistanı "arabanı atın qabağına qoşmamağa" çağırıb
  • Dünən, 15:04
    Azərlotereya”nın “Kosmos” uduşu – Bəs vətəndaş yerdə nə udur?
  • Dünən, 14:50
    Sumqayıtda məktəbdə 21 şagird zəhərlənib - TƏFƏRRÜAT - YENİLƏNİB
  • Dünən, 14:23
    Kəmaləddin Heydərov FHN-də strukturu dəyişdi: 7 idarə şöbəyə çevrildi - DETALLAR
  • Dünən, 14:18
    “Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
  • Dünən, 14:08
    Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
  • Dünən, 12:52
    Şənbə günü Azərbaycanda güclü yağış yağacaq
  • Dünən, 12:46
    “Bravo”da endirim qalmaqalı - VİDEO
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə