• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

"İnex" şirkəti ilə lazeroloqlar arasında qalmaqal

Gündəm / Cəmiyyət

23-04-2026, 09:50

Tibbi, estetik və dental avadanlıqlarının satışını həyata keçirən "İnex" şirkətindən epilyasiya cihazı alan lazeroloqlar aldadıqlarını iddia edir.
Beyləqan rayonunda fəaliyyət göstərən lazeroloq Mədinə Əsədzadə Qaynarinfo-ya bildirib ki, "İnex" şirkətindən kredit yolu ilə 65 000 manata aldığı epilyasiya cihazı qısa müddətdə sıradan çıxıb. Mədinə Əsədzadə şirkətlə əlaqə saxlayıb. Şirkətdən cihazın təmiri üçün əlavə ödəniş tələb edilib. Lakin cihazın bundan sonra işləyəcəyinə zəmanət verilməyib.

"Cihazı alarkən ilkin ödəniş kimi 5000 manat tələb ediblər. Ayda 2500 manat olmaqla 3 ay ödəniş etmişəm. Beləliklə, şirkətə 12 500 manat pul ödəmişəm. Əlavə olaraq təmir üçün məndən 1150 manat alıblar. Cihaz təxminən 20 gün müddətində sıradan çıxıb. Hər dəfə təmir etdirmişəm. Nəhayət, gördüm ki, bu cihaz yararsızdır. Qiyməti 65 000 manat olan bir cihazın qısa müddətdə sıradan çıxdığına və təmirin də nəticəsi olmadığına görə kredit ödənişini dayandırmışam. Həmçinin şirkətdən tələb etmişəm ki, mənə dəymiş zərər ödənilsin", deyə Mədinə Əsədzadə bildirib.

"İnex" şirkəti ilə lazeroloqlar arasında qalmaqal

Şikayətçinin sözlərinə görə, şirkət problemi aradan qaldırmaq əvəzinə ona həd-qorxu gəlib: "Deyirlər ki, sizi məhv edərik. Bizim arxamızda nazir dayanır. Bizi həmin nazirinadı ilə hədələyirlər".

Qubada fəaliyyət göstərən "Jamila Beauty and Laser" gözəllik salonunun sahibi Gülşən Paşayeva da oxşar problemlə üzləşib. Onun sözlərinə görə, "İnex" şirkətindən aldığı epilyasiya cihazı 20 gün müddətində sıradan çıxıb.

"Şirkətlə əlaqə saxladım ki, gəlib təmir etsinlər. Ödəniş istədilər. Mən də bildirdim ki, 20 gün keçməyib, cihaz xarab olub. Niyə təmirinə görə əlavə ödəniş etməliyəm?! Məsələni ictimailəşdirəcəyimi bildirdim. Bundan sonra ödənişsiz təmirə razılaşdılar. Lakin təmirdən sonra cihazın normal işləyəcəyinə zəmanət vermədilər. Mən də etdiyim ödənişi geri tələb edərək cihazı geri qaytarmaq istədiyimi bildirdim. Əvvəlcə razılaşmadılar. Sonra isə bildirdilər ki, bir şərtlə cihazı geri alacağıq ki, dəymiş zərəri tələb etməyəsən. Həmçinin bununla bağlı görüntülü halda iltizam verəsən. Məlumat üçün deyim ki, cihazı 24 aylığına kreditə götürmüşdüm. 5000 manat ilkin ödəniş etmişdim. 2500 manat da kredit borcumu vermişdim. Yəni, mənə 7500 manat ziyan dəyib", deyə Gülşən Paşayeva bildirib.

Şikayətçi əlavə edib ki, çarəsiz qalaraq şirkətlə razılaşıb: "Məni videoya çəkdilər ki, məsələni ictimailəşdirməyim. Dedilər, əks halda bu videonu əsas gətirərək səni həbs etdirərik. Lakin buna baxmayaraq mən məsələni ictimailəşdirərək pulumu tələb etdim. Bundan sonra başqa təhdidlər gəldi. Ona görə də hara şikayət etsən, xeyri olmayacaq, əvəzində sənin özünə problem yaranacaq".

Mədinə Əsədzadə və Gülşən Paşayevanın iddiaları ilə bağlı "İnex" şirkəti ilə əlaqə saxladıq. Şirkətin Ləman adlı operatoru məsələ ilə şirkətin hüquqşünasının məşğul olduğunu deyərək bizimlə əlaqə saxlanılacağını bildirdi. İş gününün sonunadək gözləsək də, şirkətdən heç bir zəng gəlmədi.

Araşdırmalarımız zamanı məlum olub ki, "İnex" şirkəti vergi sistemində "İnex" MMC olaraq 16 sentyabr 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Tofiq Məmmədov küçəsi, ev 20, mənzil 34-də yerləşir. "İnex" MMC-nin qanuni təmsilçisi Aslanov Mahir Zahid oğludur. Onun haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Seyid

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Cəmiyyət

24-12-2024, 15:40

“Azcosmetics” MMC-də köhnə hamam... köhnə tas... - NƏ BAŞ VERİR?

Cəmiyyət

24-12-2024, 10:57

“Azcosmetics” MMC-də köhnə hamam... köhnə tas... - NƏ BAŞ VERİR?

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Olay

11-09-2023, 16:31

Zaur Hümmətov hakimdir, yoxsa “YeloBank”ın vəkili? – İş adamından Tovuz Rayon Məhkəməsinin hakimi ilə bağlı sensaison müraciət

Gündəm / Cəmiyyət

15-08-2024, 10:25

Ramin İsayevin qanunsuz əməlləri: Milyonlar necə yeyilib?

Gündəm / Cəmiyyət

10-10-2024, 09:22

Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Cəmiyyət

1-11-2024, 16:09

SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ... - Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? -DE-FAKTO

Gündəm / Cəmiyyət

2-07-2024, 12:42

"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -İLGİNC FAKTLAR

Gündəm / Cəmiyyət

22-01-2025, 10:50

“AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?

Səhiyyə

26-05-2024, 15:12

“Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər - Şok faktlar

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 11:00
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
Dünən, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
Dünən, 12:01
Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
Dünən, 11:49
Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
Dünən, 10:59
Xocavənddə traktor minaya düşüb
7-08-2026, 18:30
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Xəbər lenti
  • Bu gün, 12:00
    Zelenski: Ukraynada "Patriot" istehsalı bir neçə ilə qədər çəkə bilər
  • Bu gün, 11:00
    Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
  • Bu gün, 10:30
    Nigerdə iki avtobus toqquşub, 22 nəfər ölüb
  • Bu gün, 10:00
    Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
  • Dünən, 18:30
    Əraqçi: İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə razılaşmaya yaxındır
  • Dünən, 18:00
    Macarıstan Ali Məhkəməsinin keçmiş sədrinin prezidentliyə namizədliyi irəli sürülüb
  • Dünən, 17:30
    Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib
  • Dünən, 17:00
    Zelenski: ABŞ hər ay Ukraynaya "Patriot" üçün raket əleyhinə vasitələr göndərəcək
  • Dünən, 16:06
    Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi
  • Dünən, 15:56
    Taksidən pul və bank kartları oğurladı - Saxlanıldı
  • Dünən, 15:42
    Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var
  • Dünən, 15:31
    Sumqayıtda yol çökdü: Yaşayış binasına doğru irəliləyir
  • Dünən, 15:11
    Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
  • Dünən, 14:59
    AYNA şefi öz ampulasında - Kartdan pul çıxır, aparat isə “balansınızda pul yoxdur” deyir
  • Dünən, 14:21
    Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb
  • Dünən, 14:08
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • Dünən, 14:04
    Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
  • Dünən, 13:55
    "İmişli" klubu Quba Olimpiya İdman Kompleksi ilə vidalaşıb
  • Dünən, 13:39
    Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq
  • Dünən, 12:25
    Xanımının doğum günündə vəfat edibmiş...
  • Dünən, 12:01
    Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb
  • Dünən, 11:49
    Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
  • Dünən, 11:29
    Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb
  • Dünən, 11:16
    "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var
  • Dünən, 10:59
    Xocavənddə traktor minaya düşüb
  • Dünən, 10:46
    "Alison Hotel" MMC BAĞLANDI: Paytaxt mehmanxanasının dövlətə vergi borcu qaldı
  • Dünən, 10:03
    Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!
  • Dünən, 09:54
    Ukrayna ABŞ-nin tələbi ilə razılaşdı - Bu gəmiləri vurmayacaq
  • Dünən, 09:26
    “Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq
  • Dünən, 09:16
    Avropaya çatmaq arzusu faciə ilə bitdi
  • Dünən, 09:01
    Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib
  • 7-08-2026, 19:00
    Ərdoğan: Məkkə sazişi sülhün təmin olunmasını hədəfləyən bütün ölkələr üçün açıqdır
  • 7-08-2026, 18:30
    Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
  • 7-08-2026, 18:20
    Gəncə şəhərində 20 Yanvar abidəsi zibillik içində - Əbədi məşəl sönüb (VİDEO)
  • 7-08-2026, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə