• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İmişlinin icra başçısı Elçin Rzayev sələfinin taleyini yaşaya bilər –Dövlətin pulun belə xərcləyir...

Gündəm / Cəmiyyət

15-12-2025, 13:29

"NTC Company" MMC icra başçısına 30% “atkat” verib!

İmişli Rayon İcra Hakimiyyəti "NTC Company" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə daha bir müqavilə bağlayıb. Bu dəfə də, İmişli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın tikintisi işləri ilə bağlı. 05.12.2025-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə tərəflər arasında 500.000 AZN məbləğində müqavilə bağlanıb...

Xatırladaq ki, "NTC Company" MMC İmişli Rayon İcra Hakimiyyəti üçün “doğma” şirkətdir. Bundan əvvəl də, tərəflər arasında əməkdaşlıq olub. Eyni iş üzrə- İmişli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın tikintisi ilə bağlı. Həm də məhkəmə salonlarında dartışılan “əməkdaşlıq” ...

Niyə məhz "NTC Company" MMC?!

İmişlidən olan oxucularımızın Yenixeber.org-a ötürdüyü məlumata görə, İmişli Rayon İcra Hakimiyyəti ilə "NTC Company" MMC arasındakı bu əməkdaşlığın özünəməxsus səbəbləri var...Məlumata görə bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Başqa sözlə İmişli Rayon İcra Hakimiyyəti yuxarıda qeyd etdiyimiz iş üzrə tender elan etmədən, bir mənbədən olmaqla "NTC Company" MMC ilə müqavilə bağlayıb.

Bu ilginc faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,...müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, "Dövlət satınalmaları haqqında" Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır...

İndi isə sual olunur: İmişli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın tikintisi işləri ilə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa "NTC Company" MMC ilə müqavilə bağlamaq hansı səbəblərdən qaynaqlanır???

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, İmişli Rayon İcra Hakimiyyəti tərəfdən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

"NTC Company" MMC-nə niyə üstünlük verilib? Və s...

"NTC Company" MMC icra başçısına 30% “atkat” verib!

Yuxarıda da qeyd etdiyimiz kimi, "NTC Company" MMC İmişli Rayon İcra Hakimiyyəti üçün “doğma” şirkətdir. Hələ sabiq icra başçısı Vilyam Hacıyevin dönəmində tərəflər arasında eyni işlə bağlı - İmişli Rayon İcra Hakimiyyəti üçün yeni inzibati binanın tikintisi ilə bağlı 4 milyon manatlıq müqvilə bağlanıb. Həm də necə?

5000 manat rüşvət alan prokurorluq işçisi - HƏBS EDİLDİ | FED.az

Bu istiqamətdə apardığımız araşdırmalarla məlum oldu ki, hazırda həbsdə olan Vilyam Hacıyevin məhkəməsində dartışılan epizodlardan biri də məhz "NTC Company" MMC ilə “əməkdaşlıq” olub. Belə ki, 21 fevral 2022-ci il tarixli məhkəmə iclasında şirkətin direktor müşaviri Səyaləı Səfərova bildirib ki, binanın tikintisi üçün təmsil etdiyi şirkətə 4 milyon manat pul köçürülüb.

“Lakin Vilyam Hacıyev həmin vəsaitin 30 faizinin onlara çatmalı olduğunu dedi. Əvvəl bu qiymətə iş görə bilmərik deyib, etirazımı bildirdim. Vilyam Hacıyev məni işi əlimdən alacağı ilə hədələdi. Məcbur qalıb, 30 faizə razılaşdım”.

Adı dəfələrlə məhkəmə müstəvisində hallanan "NTC Company" MMC ilə bağlı internet üzərindən heç bir əlaqə vasitəsinə rast olmaq mümükün deyil(?) Dövlətin milyonlarla vəsaitinin belə bir şirkətə etibar edildiyi ciddi şübhələrə yol açır...

Biz Yenixeber.org olaraq, bu və digər şübhələrə aydınlıq gətirmək məqsədi ilə bu ayın 6-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı cənab Elçin Rzayevə online rəsmi sorğu ünvanladıq. Təəssüf ki, nə sorğumuza cavab verildi, nə də telefonla əlaqə yaratmaq cəhdlərimiz nəticə verdi. (Məlum oldu ki, İmişli Rayon İcra Hakimiyyətinin saytındakı telefon nömrələrinin heç biri təyin edilməyib(?)Red.)

Cənab başçıya xatırlatma

Əvvəla, cənab Elçin Rzayevə xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...

Dövlət büdcəsi nə kiminsə dədə-babasından qalma xəzinə deyil, nə də hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin... Dövlətin pulun heç bir məmur könülü istədiyi kimi xərcləyə bilməz, xərcləməməlidir!

Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb. Elçin müəllimin indi oturduğu kabinetin qapısı vaxtı ilə döyülmədən açıldığı kimi...Yaxşı olardı ki, sələfinin taleyini unutmasın. (Hərçənd ki, biz heç kimə o taleyi arzulamırıq. Red.) (Yenixeber.org)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

1-11-2024, 16:09

SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ... - Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? -DE-FAKTO

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Cəmiyyət

17-07-2025, 12:28

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Gündəm / Cəmiyyət

19-09-2024, 14:42

“Unidez Center” MMC-ni KİM HİMAYƏ EDİR? - Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti?

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

2-07-2024, 12:42

"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -İLGİNC FAKTLAR

Cəmiyyət

24-02-2025, 15:20

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

Cəmiyyət

9-12-2025, 12:54

Niyazi Bayramovun başçı olduğu Gəncədə 32 milyon görün nələrə xərclənib - oğlunun dəbdəbəli avtomobil kolleksiyası və restoranı ilə gündəmə gəlmişdi

Gündəm / Cəmiyyət

27-08-2024, 16:39

50-dən ÇOX VAKANSİYA, 5000 MANATADƏK MAAŞ... – Qarabağda bu iş yerləri niyə boş qalıb?

Gündəm / Cəmiyyət

20-02-2025, 12:08

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…-DETALLAR

Cəmiyyət

21-02-2025, 11:28

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…

Cəmiyyət

26-11-2024, 11:08

İcra başçısı məhkəmə sədrinin toxunulmazlıq hüququna necə “şərik çıxıb”?

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
11-08-2026, 16:09
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
10-08-2026, 18:25
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
10-08-2026, 10:46
Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
10-08-2026, 09:59
"David Seliverstov" Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu -DETALLAR
9-08-2026, 11:00
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
8-08-2026, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
Xəbər lenti
  • Dünən, 19:02
    Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var
  • Dünən, 18:53
    “Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski
  • Dünən, 18:31
    "Ferrum Kapital" Vətən müharibəsi iştirakçısını təhqir edib? - FOTO
  • Dünən, 18:15
    Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib
  • Dünən, 18:07
    Əfqanıstana oxşasa da, bura Yeni Günəşlidir – sakinlərdən sərt narazılıq
  • Dünən, 17:43
    Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL
  • Dünən, 17:27
    “Laçın Dental Clinic” və “Dental Butik” də diplomsuz həklimlər çalışır? - VİDEO
  • Dünən, 16:57
    Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib
  • Dünən, 16:41
    Əmrullayevin elektron attestatı “işləmədi” - Nazirlik kağız sənədə qayıdır?
  • Dünən, 15:59
    Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb
  • Dünən, 15:05
    Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir
  • Dünən, 14:55
    Xocəsəndə qanunsuz tikinti? - Sakinlərin yolu bağlanıb, sahibkar narazılıqlara məhəl qoymur
  • Dünən, 14:14
    Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
  • Dünən, 14:00
    Həndbol Federasiyası “ABU Arena”dan çıxarılıb
  • Dünən, 13:40
    Sabah 37 dərəcə isti olacaq
  • Dünən, 13:22
    Bu məscid və ziyarətgahlara işçi axtarılır
  • Dünən, 13:18
    Qarabağa səfərdə “sürpriz dəyişiklik”: İctimai fəalların yerinə mollalar?
  • Dünən, 12:56
    400 minlik dələduzluq iddiası: Zərərçəkmiş Prezidentə və Baş prokurora açıq müraciət etdi
  • Dünən, 12:20
    Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH
  • Dünən, 12:12
    Tərtər Rayon İcra Hakimiyyətinin paylaşımı diqqət çəkdi –Nə baş verdi?/FOTOFAKT
  • Dünən, 11:45
    Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib
  • Dünən, 11:30
    “Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
  • Dünən, 10:55
    Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
  • Dünən, 10:48
    Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəqliyyat vasitələri alır
  • Dünən, 10:32
    Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub
  • Dünən, 10:13
    SOCAR AQŞ-də artıq işçilər boğaza yığılıb - İki aydır maaşlar verilmir....
  • Dünən, 09:57
    Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
  • 11-08-2026, 19:00
    İranın müdafiə naziri: Əsas təhlükə mənbəyi İsraildir
  • 11-08-2026, 18:44
    Deputat-biznesmen Məşhur Məmmədovun biznes imperiayası…-Özü də jurnalisti belə təhdid edir...
  • 11-08-2026, 18:30
    Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
  • 11-08-2026, 18:17
    Türkiyədə seçki sorğusu: Ərdoğan İmamoğlu və Yavaşa uduzur
  • 11-08-2026, 17:56
    Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib
  • 11-08-2026, 17:46
    İran İraq ərazisini vurdu
  • 11-08-2026, 17:25
    Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib
  • 11-08-2026, 17:11
    “Tarqovu“dakı məşhur restoranın yerləşdiyi obyekt satılır - 7 milyon manata
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə