• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“Mənim Oğlum Qəhrəmandır!” layihəsinin himni ilk dəfə şəhid analarının və atalarının qarşısında səsləndi – VİDEO, FOTOLAR

Gündəm

12-11-2025, 13:19

Zəfərimizin və “Mənim Oğlum Qəhrəmandır!” – “Mənim Atam Qəhrəmandır!” layihələrinin 5 illiyi münasibətilə keçirilən tədbirdə “Mənim Oğlum Qəhrəmandır!” layihəsinin himni təqdim olundu.
Sözləri: Mircəlal Qurbanov

Musiqisi: Cəmal Qurbanov

İfaçılar:

Xalq artistləri Azərin, Azər Zeynalov,

muğam ifaçımız Əhəd Ağayev,

şəhid övladları və Çağangir–Çağangirov adına xor kollektivi.

Şəhid analarının qəlbindəki səsi Azərin xanım, şəhid atalarının səsi isə Azər Zeynalov oldu.

Onlar o mahnını sadəcə ifa etmədilər, o səsdə Vətənin ağrısı, fəxri və Zəfəri vardı. Bu təqdimat bir mahnının deyil, bir millətin ruhunun səhnədə canlanması idi.

Tədbirdə ölkəmizin müxtəlif bölgələrindən, ucqar kəndlərindən, eləcə də Naxçıvandan və Gürcüstandan gələn, I və II Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri, eləcə də Antiterror əməliyyatları zamanı övladlarını Vətən uğrunda şəhid vermiş analar iştirak edirdilər.

Artıq beş ildir ki, “Mənim Atam Qəhrəmandır!” və “Mənim Oğlum Qəhrəmandır!” layihələri çərçivəsində Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsi uca tutulur, onların ailələri bir araya gətirilir. Bu illər ərzində keçirilən silsilə tədbirlərdə 5000-ə yaxın şəhid anası və 1700-dən çox şəhid övladı iştirak edib. Xüsusilə qeyd etmək lazımdır ki, 2025-ci ilin Ramazan ayı ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə dörd dəfə təşkil olunan “Mənim Oğlum Qəhrəmandır!” görüşlərində Azərbaycanın bütün bölgələrindən olan 2000-ə yaxın şəhid anası bir araya gəlib.

Eləcə də, Zəfərin 5 illiyi münasibətilə keçirilən bu möhtəşəm tədbirdə 500-dən artıq şəhid anası iştirak edib. Bu tədbirdə ilk dəfə qatılan analar arasında ucqar kəndlərimizdən, müxtəlif rayonlardan, Naxçıvandan və Gürcüstandan gəlmiş şəhid analarımız da var idi.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevaya və artıq 5 ildir bu layihənin ilk günündən daim yanımızda olan, layihəmizə sevgisini, dəstəyini və qayğısını əsirgəməyən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova səmimi təşəkkürümüzü bildiririk.

Onların hər biri Vətənin bu böyük Zəfər bayramını bir ailə kimi birlikdə qeyd etdilər. Daima şəhid analarının yanında olan, onlara sevgi, şəfqət və mərhəmətlə qucaq açan Leyla xanım Əliyeva bu anaların qəlbində bir ümid, bir övlad, bir işıq simvoluna çevrilib.

O, hər dəfə şəhid ailələri ilə görüşlərdə şəhid analarına və şəhid övladlarına yaxınlaşaraq, onları sevgi ilə dinləyir, hər birini bağrına basır. Onun səmimiliyi və sadəliyi şəhid ailələrinin qəlbinə yol açır, onların ağrılarını yumşaldır, könüllərinə istilik gətirir.

Tədbir çərçivəsində ilk dəfə olaraq Anar Ələkbərovun ideya və ssenari müəllifi olduğu “44” bədii filminin treyleri şəhid analarının və atalarının qarşısında təqdim olundu.

“44” — Azərbaycan kino tarixində yeni bir mərhələnin başlanğıcını göstərən, İkinci Qarabağ müharibəsinin qəhrəmanlıq dolu səhifələrini, Ordumuzun şanlı Zəfərini və bu Zəfərin arxasında dayanan əzm, birlik və Vətən sevgisini canlandıran möhtəşəm ekran əsəridir.

Filmin əsas hissəsi azad edilmiş ərazilərdə, real döyüşlərin baş verdiyi məkanlarda lentə alınıb. O, təkcə müharibədən deyil, həm də insanlıq, sevgi və mənəvi gücdən danışır. Bu film Ali Baş Komandanımıza, qəhrəman şəhidlərimizə və onların müqəddəs adını yaşadan şəhid analarına həsr olunub. “44” — bir tarix, bir qürur, bir minnətdarlıq salnaməsidir.

Anar Ələkbərov illərdir ölkə başçısı cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva ilə şəhid ailələri və qazilər arasında sarsılmaz bir mənəvi körpüdür.

O, bu ailələrin hər birini diqqətdə saxlayan, onların sevincini, ağrısını, qayğısını bölüşən bir insandır. Anar müəllim tez-tez şəhid ailələrini ziyarət edir, onların səsini dinləyir, ehtiyaclarını öyrənir, şəhid analarının əllərindən öpür, övladlarını sevgi ilə qucaqlayır.

Qeyd edək ki, tədbirin sonunda Azərbaycanın Xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Natiq Şirinov, tanınmış müğənni Mirələm Mirələmov və şəhid övladlarının birgə ifasında “Zəfər” mahnısı səsləndirildi.

Tədbir iştirakçıları — şəhid anaları, qazilər və qonaqlar əllərində üçrəngli Azərbaycan bayrağını qaldıraraq ayağa qalxdılar. Mahnının sədaları altında zalı qürur, minnətdarlıq və Vətən sevgisi bürüdü.

O an hər kəs bir daha hiss etdi ki, bu Zəfər — xalqın birliyinin, şəhidlərin qanı ilə yazılmış azadlığın rəmzidir. Bu Zəfər — Azərbaycanın sonsuz qürurudur.

“Mənim oğlum qəhrəmandır” layihəsi bir Birlik Layihəsidir. O minlərlə şəhid anasını, atasını, övladını və xanımını bir ailə kimi birləşdirən, onları doğmalaşdıran, ürəkləri birləşdirən müqəddəs bir missiyadır. Bu layihə Vətənin, xalqın və şəhidlərin ruhundan doğub və bu ruh, bu sevgi hər zaman yaşayacaq!

Mircəlal QURBANOV,

“Mənim Oğlum Qəhrəmandır!” və “Mənim Atam Qəhrəmandır!” layihələrinin rəhbəri








































Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Siyasət

4-08-2022, 14:10

Prezident 7 fərman, 1 sərəncam imzaladı

Mədəniyyət

14-08-2022, 13:05

Ömrü boyu gözləri görmədi, oğlu müharibədən qayıtmadı, övladına görə xanımını danışdırmadı

Dünya / Ölkə

7-09-2022, 11:07

Jan Klod Van Dammın oğlu: “Atam Azərbaycana gələndən sonra mənə demişdi ki, gələcəkdə mütləq Azərbaycandan olan bir xanımla evlən”

Siyasət

27-08-2025, 10:22

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib

Gündəm / Siyasət

8-11-2025, 13:10

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR

Cəmiyyət

7-09-2022, 20:54

Mehriban xanım Əliyeva tariximizdə ilk dəfə olaraq Birinci xanım institutunu formalaşdırıb.

Siyasət

18-08-2022, 10:01

Prezident və birinci xanım Müslüm Maqomayevin xatirəsinə həsr olunan gecədə iştirak edib

Siyasət

17-08-2022, 15:56

İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin abidəsinin açılışında iştirak ediblər - YENİLƏNİB-2

Gündəm / Cəmiyyət

27-11-2024, 12:20

Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var –Müəllimlər haqlarını tələb edir

Gündəm / Siyasət

19-09-2024, 10:28

Ordumuzun 23 saatlıq mükəmməl əməliyyatı: 1 il ötdü

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
11-08-2026, 16:09
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
10-08-2026, 18:25
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
10-08-2026, 10:46
Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
10-08-2026, 09:59
"David Seliverstov" Gürcüstanda kazinoda dava saldı, antisemitizmdən dəm vurdu -DETALLAR
9-08-2026, 11:00
Beyləqanda iki gün əvvəl kanalda batan gəncin meyiti tapılıb
8-08-2026, 12:25
Xanımının doğum günündə vəfat edibmiş...
Xəbər lenti
  • Dünən, 19:02
    Xocavənd rayonunda mina partlayıb, xəsarət alanlar var
  • Dünən, 18:53
    “Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski
  • Dünən, 18:31
    "Ferrum Kapital" Vətən müharibəsi iştirakçısını təhqir edib? - FOTO
  • Dünən, 18:15
    Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib
  • Dünən, 18:07
    Əfqanıstana oxşasa da, bura Yeni Günəşlidir – sakinlərdən sərt narazılıq
  • Dünən, 17:43
    Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL
  • Dünən, 17:27
    “Laçın Dental Clinic” və “Dental Butik” də diplomsuz həklimlər çalışır? - VİDEO
  • Dünən, 16:57
    Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib
  • Dünən, 16:41
    Əmrullayevin elektron attestatı “işləmədi” - Nazirlik kağız sənədə qayıdır?
  • Dünən, 15:59
    Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb
  • Dünən, 15:05
    Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir
  • Dünən, 14:55
    Xocəsəndə qanunsuz tikinti? - Sakinlərin yolu bağlanıb, sahibkar narazılıqlara məhəl qoymur
  • Dünən, 14:14
    Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
  • Dünən, 14:00
    Həndbol Federasiyası “ABU Arena”dan çıxarılıb
  • Dünən, 13:40
    Sabah 37 dərəcə isti olacaq
  • Dünən, 13:22
    Bu məscid və ziyarətgahlara işçi axtarılır
  • Dünən, 13:18
    Qarabağa səfərdə “sürpriz dəyişiklik”: İctimai fəalların yerinə mollalar?
  • Dünən, 12:56
    400 minlik dələduzluq iddiası: Zərərçəkmiş Prezidentə və Baş prokurora açıq müraciət etdi
  • Dünən, 12:20
    Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH
  • Dünən, 12:12
    Tərtər Rayon İcra Hakimiyyətinin paylaşımı diqqət çəkdi –Nə baş verdi?/FOTOFAKT
  • Dünən, 11:45
    Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib
  • Dünən, 11:30
    “Koroğlu”da marşrut avtobusu dayanacağa çırpıldı - Video
  • Dünən, 10:55
    Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb
  • Dünən, 10:48
    Naxçıvan Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəqliyyat vasitələri alır
  • Dünən, 10:32
    Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub
  • Dünən, 10:13
    SOCAR AQŞ-də artıq işçilər boğaza yığılıb - İki aydır maaşlar verilmir....
  • Dünən, 09:57
    Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
  • 11-08-2026, 19:00
    İranın müdafiə naziri: Əsas təhlükə mənbəyi İsraildir
  • 11-08-2026, 18:44
    Deputat-biznesmen Məşhur Məmmədovun biznes imperiayası…-Özü də jurnalisti belə təhdid edir...
  • 11-08-2026, 18:30
    Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
  • 11-08-2026, 18:17
    Türkiyədə seçki sorğusu: Ərdoğan İmamoğlu və Yavaşa uduzur
  • 11-08-2026, 17:56
    Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib
  • 11-08-2026, 17:46
    İran İraq ərazisini vurdu
  • 11-08-2026, 17:25
    Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib
  • 11-08-2026, 17:11
    “Tarqovu“dakı məşhur restoranın yerləşdiyi obyekt satılır - 7 milyon manata
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə