Sizin reklam burada 728×90
Son dəqiqə

Lekornu: Livan tamamilə çökə bilər

22.10.2024 13:05 267 1 dəq oxunur
Lekornu: Livan tamamilə çökə bilər
Livanda atəşkəs qlobal kollektiv təhlükəsizlik üçün zəruridir.

Bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib.

O qeyd edib ki, Livanda qaçılmaz vətəndaş müharibəsi təhlükəsi var:

“Hazırda mövqeyimiz Livanda çox sayda köçkün və bunun fonunda alovlanan məzhəb münaqişələri səbəbindən qaçılmaz vətəndaş müharibəsi qorxusuna əsaslanır. Bundan əlavə, Hizbullahın zəifləməsi vəziyyətə güclü təsir göstərir. Bu, yaxşı xəbərdir, lakin buna baxmayaraq, Livan indi ən qeyri-sabit vəziyyətdədir və tamamilə çökə bilər”.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az