Sizin reklam burada 728×90
Son dəqiqə

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2

10.05.2024 19:04 631 1 dəq oxunur
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar başa çatıb.

Danışıqlar 4 saat davam edib.

Təfərrüatlar barədə məlumat verilmir.

14:15

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilir.

C.Bayramov və A.Mirzoyan danışıqlar aparmaq üçün Almatıdakı Dostluq Evinə gəliblər.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu qarşılayıb.

Daha sonra onlar mətbuata bəyanatlarla çıxış edəcəklər.

08:00

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.

Görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq.

Belə ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılacaq.
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az