Sizin reklam burada 728×90
Son dəqiqə

Dünya əvvəlki kimi deyil, AB regionumuzdadır - Paşinyan

07.02.2024 17:43 387 1 dəq oxunur
Dünya əvvəlki kimi deyil, AB regionumuzdadır - Paşinyan
Dünya əvvəlki kimi deyil, AB regionumuzdadır - Paşinyan

Gürcüstanın AB üzvlüyünə namizəd statusu alması Cənubi Qafqazdakı reallıqları dəyişir. AB regionda görünür.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Qlobal dünya beş-altı il əvvəlki kimi deyil. Artıq heç bir subyektlə münasibətlərimiz əvvəlki kimi deyil, bölgəmiz də dəyişib, mühüm reallıqlar dəyişib. Bu reallıqlardan biri də Gürcüstanın Avropa Birliyinə namizəd üzv statusu almasıdır ki, bu da regiona obyektiv təsir göstərir. Qonşularımızdan ikisinin - Gürcüstan və Türkiyənin AB üzvlüyünə namizəd statusu var. AB əslində bizim regionumuzdur. Bu baxımdan mən Gürcüstanla strateji dialoqun başlanmasına önəm verirəm”, - Paşinyan bildirib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az