Sizin reklam burada 728×90
Son dəqiqə

Kubalı idmançı Bakıda qəflətən dünyasını dəyişdi

22.01.2024 13:48 356 1 dəq oxunur
Kubalı idmançı Bakıda qəflətən dünyasını dəyişdi
Kubalı idmançı Bakıda qəflətən dünyasını dəyişdi


Kubalı cüdoçu Mariset Espinoza qəflətən dünyasını dəyişib.

34 yaşlı idmançının ölümünə infarkt səbəb olub.

Ölkəsinin cüdo tarixində özünəməxsus yeri olan M.Espinoza 63 kiloqram çəki dərəcəsində Panamerika Oyunlarında iki dəfə qızıl medal qazanıb. Bundan başqa, o, Azərbaycan, Çin, ABŞ, Yaponiya, Braziliya, Belçika, Panama və İtaliyadakı yarışlarda mükafatçılar sırasına düşüb.

Cüdoçu 2016-cı ildə Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirində fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az