Sizin reklam burada 728×90
Son dəqiqə

Rus helikopteri Yaponiya sərhədini pozdu

01.11.2023 12:28 375 1 dəq oxunur
Rus helikopteri Yaponiya sərhədini pozdu
Rusiya ordusunun helikopteri Yaponiyanın şimalındakı Hokkaydo adasının sahillərində ölkənin hava məkanını pozub.

BakuNews.az xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat verib. Bəyan edilib ki, Rusiya helikopteri Hokkaydonun şərqindəki Nemuro yarımadası yaxınlığında Yaponiyanın hava məkanına daxil olub. Hava məkanının pozulmasından sonra Yaponiyanın Hava Özünümüdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri müdaxilə uçuşu həyata keçirib.

Yaponiya hökuməti hava məkanının pozulması ilə bağlı diplomatik kanallar vasitəsilə Moskva administrasiyasına etiraz notası göndərib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az