Sizin reklam burada 728×90
Son dəqiqə

ABŞ qırıcısı Suriya səmasında Türkiyə PUA-sını vurdu -

06.10.2023 16:53 427 1 dəq oxunur
ABŞ qırıcısı Suriya səmasında Türkiyə PUA-sını vurdu -
Suriya üzərindəki gərgin hava məkanında yeni beynəlxalq qalmaqala səbəb ola biləcək insident baş verib.

Məlumata görə Türkiyənin ANKA-S pilotsuz uçuş aparatı (PUA) ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35A qırıcısı tərəfindən Suriyanın şimalda yerləşən Həsəkə şəhəri üzərində vurulub.

Bildirilir ki, təyyarə 421-ci qırıcı eskadrilyaya məxsus olub və Türkiyə PUA-sını məhv etmək üçün “AIM-120 AMRAAM” hava-hava raketindən istifadə edib.

Pentaqondan qırıcının yanlışlıqla PUA-ya hücum etdiyi qeyd olunub.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az