Sizin reklam burada 728×90
Son dəqiqə

Dron sərnişin təyyarəsinin enişinə mane oldu

27.08.2022 18:56 626 1 dəq oxunur
Dron sərnişin təyyarəsinin enişinə mane oldu
İsrailin Ben Qurion hava limanında naməlum dron ABŞ-ın "United Airlines" aviaşirkətinin təyyarəsinin enişinin ləngiməsinə səbəb olub.

bakunews.az trend-ə istinadən xəbər verir ki, hava limanının üzərində dronun görünməsi ilə əlaqədar təyyarə bir neçə planlaşdırılmamış dövrə vurmalı olub.

Yalnız dron gözdən itdikdən sonra təyyarə 28 dəqiqə gecikmə ilə təhlükəsiz eniş edə bilib.

Təyyarə ABŞ-ın Nyuark şəhərindən yola düşüb, insident nəticəsində hər hansı bir fəsad qeydə alınmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az