Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiya Baş nazirinin müavini: “Regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair danışıqlar davam edir”

11.09.2023 12:48 419 1 dəq oxunur
Rusiya Baş nazirinin müavini: “Regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair danışıqlar davam edir”
“Rusiya, Azərbaycan və Ermənistan arasında regionda nəqliyyat kommunikasiyalarının açılmasına dair danışıqlar davam edir, lakin Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi bu fəaliyyətə mənfi təsir göstərir”.

Bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib.

A.Overçuk əlavə edib ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin yeni iclası münbit şərait yarananda baş tutacaq.
Mənbə: TASS
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az