Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiya Ermənistan-İran sərhədinin mühafizəsini gücləndirir

08.08.2022 18:14 651 1 dəq oxunur
Rusiya Ermənistan-İran sərhədinin mühafizəsini gücləndirir
Rusiya Ermənistanla İran arasında dövlət sərhədində nəzarəti gücləndirir.

bakunews.az report-a istinadən xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı İdarəsi təsdiqləyib.

Bildirilib ki, 8-9 ay əvvəl Ermənistanın Mehri rayonu ərazisində 5 modul tipli məntəqə quraşdırılıb.

Məlumata görə, Rusiya hərbi hissəsi həmin ərazidə 67 ildir xidmət edir. Ancaq indiyədək Ermənistan-İran sərhədində belə məntəqə olmayıb.

Qeyd edilib ki, bu, İrandan Ermənistana narkotik və psixotrop maddələrin qanunsuz ötürülməsi hallarının artması fonunda baş verib.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı İdarəsi Ermənistan-İran, Ermənistan-Türkiyə dövlət sərhədini, Ermənistan Daxili Qoşunları Azərbaycanla sərhədi, Ermənistan Milli Təhlükəsizlik Xidməti isə Gürcüstanla sərhədi mühafizə edir.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az