Sizin reklam burada 728×90
Son dəqiqə

İraqda zəvvarları daşıyan iki avtobus toqquşub, həlak olanlar var

05.09.2023 19:07 377 1 dəq oxunur
İraqda zəvvarları daşıyan iki avtobus toqquşub, həlak olanlar var
İraqın cənubunda Bəsrə yaxınlığında iki avtobusun qəzaya uğraması nəticəsində 10 iranlı zəvvar həlak olub.

Bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Qurumun məlumatına görə, qəza zəvvarların olduğu iki avtobusun toqquşması nəticəsində meydana gəlib.
Qəzanın səbəbləri barədə məlumat verilmir.

Mənbə: Mehr
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az