• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Torontoda Azərbaycan Evi açılıb, Azərbaycan icması ilə görüş keçirilib - FOTOLAR

Dünya

5-04-2023, 20:30

Kanadanın Ontario vilayətinin Toronto şəhərinin Nort York rayonunda Azərbaycan Evinin rəsmi açılış mərasimi keçirilib.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Kanada hökumətinin və parlamentinin təmsilçiləri, Türkiyənin baş konsulu, yerli ictimaiyyətin, Hindistan, Özbəkistan və yəhudi icmalarının nümayəndələri, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.


Açılış lenti kəsildikdən sonra Kanada və Azərbaycanın Dövlət Himnləri səsləndirilib. Ardınca ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə moderatorluq edən Kanadanın keçmiş multikulturalizm naziri və sabiq parlament üzvü Toni Ruprext Azərbaycan Evinin milli mədəniyyətin qorunub saxlanılması, gənc nəslə ötürülməsi baxımından önəmini vurğulayıb.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kanadada Azərbaycan Evinin açılması münasibətilə soydaşlarımızı təbrik edib, bu hadisəni dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqətinin və qayğısının təzahürü kimi qiymətləndirib.

Tədbirdə çıxış edən Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Filip Lourens, parlament üzvü Ali Ahsasi, yerli hökumət üzvü Maykl Tibollo, Türkiyənin Torontodakı Baş konsulu Sinem Mingan, Qızılbaş Qlobal İrsi Şurasının regional rəhbəri Arşi Qızılbaş mühüm hadisə ilə bağlı Azərbaycan icmasını təbrik edib, Azərbaycan Evinin səmərəli fəaliyyət göstərəcəyinə, gənc nəslin milli və sağlam ruhda böyüməsində böyük rol oynayacağına əminliklərini bildiriblər.

Tədbirdə Azərbaycan Evinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Azərbaycan Evinin açılış mərasimi Azərbaycan icmasının 200-dən çox üzvü ilə daha geniş tərkibdə davam edib. Güney azərbaycandan olan soydaşlarımızın da qatıldığı tədbirin iştirakçılarını salamlayan Komitə sədri Fuad Muradov 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin təbliği məqsədilə Ontario əyalətində geniş məlumatlandırma kampaniyası apardıqlarına və irimiqyaslı aksiyalar təşkil etdiklərinə görə icma üzvlərinə minnətdarlığını bildirib.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi tapşırıq və tövsiyələri xatırladan Komitə sədri xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyinin təmin olunması və post-müharibə dövründə Azərbaycan həqiqətlərinin daha güclü və mütəşəkkkil şəkildə Kanada ictimaiyyətinə çatdırılması naminə xaricdəki Azərbaycan icmalarının birlik mexanizmləri haqqında məlumat verib. Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin və Azərbaycan həftəsonu məktəblərinin fəaliyyət istiqamətlərindən danışıb. Torontoda Azərbaycan Evinin açılması münasibətilə soydaşlarımızı təbrik edib və icma üzvlərini Azərbaycan Evinin fəaliyyətində aktiv iştiraka dəvət edib.

Sonra Komitənin fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə geniş videohesabat, maarifləndirici videoçarxlar təqdim olunub.

Tədbirdə çıxış edən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin və Azərbaycan Evinin rəhbəri Lalin Həsənova fəaliyyət istiqamətləri barədə məlumat verib. “Azərbaycan Evi hamımızın evidir, hər birimizin təşəbbüsünə və dəstəyinə açıqdır”, - deyə bildirib.

“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Sual-cavab formatında davam edən tədbirdə Komitə sədri soydaşlarımızın təkliflərini dinləyib və bütün sualları cavablandırıb.

Müzakirələr zamanı Azərbaycan Evinin fəaliyyətə başlamasının bütün soydaşlarımızın arzusu olduğu, təşkilatlanma istiqamətində aparılan ardıcıl işlər, diaspor fəaliyyətinin milli-mənəvi dəyərlərimiz əsasında sistemli şəkildə həyata keçirilməsi, ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, vətənimizlə bağlı elmi-tədqiqat işlərinə dəstəyin göstərilməsi, meydana çıxan çətinliklər, bundan sonrakı mərhələdə görüləcək işlərlə bağlı fikirlərini söyləyib, təkliflərini irəli sürüblər. Azərbaycan dövlətinin Güney azərbaycanlılarına dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə edilib.

Tədbir bədii hissə ilə davam edib. Azərbaycanın xalq artisti, Prezident mükafatçısı Həsən Enaminin, “Təbriz” mahnı və rəqs ansamblının, skripka ifaçısı Ceyhun İsmayılovun ifasında Azərbaycan xalq və bəstəkar mahnıları təqdim olunub.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Dünya

8-04-2023, 01:44

Ottava və Monrealdakı Azərbaycan icması ilə görüş keçirilib - FOTOLAR

Dünya

4-04-2023, 21:41

Komitə sədri Ontario parlamentinin üzvləri ilə görüşüb - FOTO

Cəmiyyət

28-08-2022, 15:54

Dövlət Komitəsinin sədri Almaniyanın 31 şəhərində yaşayan azərbaycanlılarla görüşüb

Dünya

10-04-2023, 20:31

Kalqari və Edmonton şəhərlərindəki Azərbaycan icması ilə görüş olub - FOTO

Dünya

7-03-2023, 22:22

Ottavada Azərbaycan icması ilə görüş olub - FOTO

Mədəniyyət

2-08-2022, 19:00

Diaspor Gənclərinin III Yay Düşərgəsinin açılış mərasimi keçirilib

Cəmiyyət

31-08-2022, 13:36

Azərbaycan icmasının fəaliyyəti Hannoverdə müzakirə edilib

Gündəm

7-08-2022, 21:00

Şəhid zabit Məhəmməd Şəbiyevin anım mərasimi keçirilib

Dünya

6-05-2023, 00:46

Hamburqda “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan icması ilə görüş keçirilib - FOTO

Dünya

19-04-2023, 16:27

Avstraliyadakı diaspor fəalları Yenu Cənubi Uels parlamentarları ilə əməkdaşlıq perspektivlərini müzakirə edib - FOTO

Siyasət

29-11-2022, 11:18

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının VI Qurultayı keçirilib

Bölgə

1-05-2023, 22:09

Göyçay Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib

Araşdırma
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Hadisə
Dünən, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 09:50
    İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 09:43
    Bakıda qutabı 75 manata satan iş adamı Rusiyaya 1.5 milyard aparıb - İLGİNC
  • Bu gün, 08:54
    Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • Dünən, 23:32
    Nadir Qocabəyli Tural Sadıqlının iddiasına cavab verdi: “Məsələ təkcə Hikmət Hacıyevlik deyil”
  • Dünən, 19:00
    Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
  • Dünən, 18:23
    İraqı sonuncu İtaliya hərbçisi tərk edib
  • Dünən, 18:18
    Dövlətin güzəştli krediti hesabına tikilən nəhəng anbar müsadirə olunaraq satışa çıxarıldı – Fotolar
  • Dünən, 17:53
    Netanyahu: "Düşmənlər”in seçkiqabağı İsrailə hücum etməyə çalışacağına dair əlamətlər var
  • Dünən, 17:42
    Vasif Talıbovun işdən çıxarılan yaxın adamının əmlaklarının SİYAHISI YAYILDI
  • Dünən, 17:19
    Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb
  • Dünən, 17:09
    "Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
  • Dünən, 16:45
    Gədəbəyin yeni icra başçısı kollektivə təqdim olunub
  • Dünən, 16:31
    1700 manat dəyərində kreditlə məhsul alsa da... - GİLEY
  • Dünən, 16:02
    Dövlət Xidməti Xətainin heykəlinin lövhə hissəsindəki yazı ilə bağlı məsələni araşdırır
  • Dünən, 15:46
    "Aldadılaraq "kredit bataqlığı"na salındım, indi də təhdid olunuram" - Kukla Teatrının əməkdaşı Prezidentdən kömək istədi
  • Dünən, 15:17
    Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
  • Dünən, 15:02
    Əmlakçı mənzil kirayələmək istəyən vətəndaşı DOLANDIRDI - ŞİKAYƏT
  • Dünən, 14:45
    Sabah rayonlara yağış yağacaq
  • Dünən, 12:53
    İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
  • Dünən, 12:45
    Son 5 ayda nazirliklə 637 min manatlıq satınalma müqaviləsi imzalayan Surxay Qarayev kimdir? - İLGİNC
  • Dünən, 12:28
    KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH
  • Dünən, 11:42
    Qarabağın quruculuğuna haram qatan DAHA BİR ŞİRKƏT... - “Bəyaz İnşaat” qadın ustanın PULUNU VERMİR
  • Dünən, 11:15
    Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edəcək
  • Dünən, 11:07
    Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
  • Dünən, 10:29
    Ailə başçısını itirməyə görə 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib
  • Dünən, 10:19
    Pulumuzu alıb özlərini reklam edən mağazalar: SUİ-İSTİFADƏ - FAKT BUDUR!
  • Dünən, 09:29
    Millətlər Liqasında daha 10 matç – SİYAHI
  • Dünən, 09:18
    Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar
  • Dünən, 09:01
    Yasamal rayonunun bir çox ərazisində işıq olmayacaq
  • 28-09-2026, 19:00
    Milli Məclis Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyəcək
  • 28-09-2026, 18:51
    İlham Əliyev üç rayona başçı təyin etdi
  • 28-09-2026, 18:41
    Bir səs susdu, izi qaldı – Əvəz Zeynallıya vida
  • 28-09-2026, 18:30
    Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
  • 28-09-2026, 18:00
    Dünya Bankı: ASCO Orta Dəhlizin Xəzərdə fasiləsiz fəaliyyəti üçün fider gəmilərinin sayını artırmalıdır
  • 28-09-2026, 17:19
    Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb - YENİLƏNİB
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə