Sizin reklam burada 728×90
Son dəqiqə

Rusiya Ukraynada atəşkəsə razılaşdı

14.07.2022 09:56 545 1 dəq oxunur
Rusiya Ukraynada atəşkəsə razılaşdı
Rusiya İstanbulda Ukrayna taxılına dair danışıqların nəticəsi olaraq yüklərin daşınması müddəti üçün atəşkəsə razılaşıb.

bakunews.az milli.az-a istinadən xəbər verir ki, bu barədə reuters məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə BMT-nin dəstəyi ilə silah qaçaqmalçılığının qarşısnı almaq üçün daşımalarda iştirak edən gəmiləri yoxlayacaq.

Öz növbəsində, BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq vurğulayıb ki, BMT danışıqlardan sonra müsbət bəyanatlar gözləyir.

"Mən liderimi qabaqlamayacağam. Baş katib tezliklə sizinlə görüşəcək.

Ancaq qeyd etmək lazımdır ki, biz bunun müsbət bir şey olduğuna inanırıq", - o, danışıqların nəticəsi ilə bağlı sualı cavablandırarkən deyib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az