Sizin reklam burada 728×90
Son dəqiqə

Istanbulda partlayış törətməyə hazırlaşan iki İŞİD üzvü saxlanılıb

07.01.2023 23:38 622 1 dəq oxunur
Istanbulda partlayış törətməyə hazırlaşan iki İŞİD üzvü saxlanılıb
Türkiyənin İstanbul şəhər Baş Polis İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində bir nəfər Tacikistan və bir nəfər Özbəkistan vətəndaşı saxlanılıb.

Onların hər ikisinin İŞİD terror təşkilatı ilə əlaqələri olduğu müəyyən edilib.

Belə ki, şübhəlilər dekabrın 31-i Yeni il gecəsi ərəfəsində İstanbulda yerləşən və turistlərin çox olduğu əyləncə məkanlarının birində partlayış törətməyə hazırlaşıblar

Təhlükəsizlik qrupları tərəfindən yaxalanan şübhəlilərin ifadəsi alınmaq üçün İstanbul Terrorla Mübarizə Şöbəsinə gətirilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az