Sizin reklam burada 728×90
Son dəqiqə

"ABŞ-ın məqsədlərinə Rusiyanın "de-imperializasiyası" daxil olmalıdır"

05.09.2022 10:23 517 1 dəq oxunur
"ABŞ-ın məqsədlərinə Rusiyanın "de-imperializasiyası" daxil olmalıdır"
Amerika Birləşmiş Ştatlarının hərbi məqsədləri arasında Rusiyanın "de-imperializasiyası" da var.


bakunews.az report-a istinadən bildirir ki, bu fikri təqaüddə olan amerikalı general-leytenant, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, İraq və Əfqanıstan müharibələrinin veteranı Ben Hodces tviter səhifəsində yazıb.

"Düşünürəm ki, bu münaqişədə ABŞ-ın hərbi məqsədləri Rusiyanın "de-imperializasiyasını" ehtiva etməlidir. Mənə elə gəlir ki, biz bu gün göründüyü kimi Rusiya Federasiyasının sonunun başlanğıcının şahidiyik. Bunun üçün hazır olmalıyıq. Biz SSRİ-nin dağılmasına da hazır deyildik" general yazıb.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az