Sizin reklam burada 728×90
Son dəqiqə

Avropada qurumuş çaylarda “ac” daşlar peyda oldu: Böyük quraqlıq başlayır?

16.08.2022 19:11 580 1 dəq oxunur
Avropada qurumuş çaylarda “ac” daşlar peyda oldu: Böyük quraqlıq başlayır?
Avropanın qurumuş çaylarında "ac" daşlar peyda olub.

bakunews.az oxu.az-a istinadən xəbər verir ki, bu daşların üzərinə tarixlər və suyun səviyyəsi ilə bağlı yazılar həkk olunub. Bu qeydlər çaylarda suyun səviyyəsinin azalması barədə xəbərdarlıq deməkdir. Eyni zamanda qaçılmaz bəlaların, yəni quraqlıq və nəticədə aclığın yaxınlaşdığını göstərir. Yəni çay quruyub daşlar üzə çıxırsa, deməli, fəlakətlər yaxındadır.

Tarixçilər bildirirlər ki, "ac" daşlar haqda ilk məlumatlar XV əsrə təsadüf edir. 20-ci əsrdə, 1918-ci ildə, Birinci Dünya müharibəsi zamanı da belə daşlar su üzündə görünməyə başlayıb. Daşların fotosunu jurnalist Olaf Kens dərc edib.

"Qorxuncdur. Avropa çaylarında quraqlıq olduğu üçün "ac daşlar" üzə çıxıb. Bu, XV əsrdə yaşamış əcdadlarımızın fəlakətlərlə bağlı dəhşətli xəbərdarlığı deməkdir", - deyə o qeyd edib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az