Tailandın cənubunda yaraqlılar mülki infrastruktura 30-dan çox hücum həyata keçiriblər, nəticədə iki nəfər yaralanıb.
Hadisələr Narathivat, Pattani və Yala əyalətlərində baş verib.
Hücumçular kommunal xidmətlərin nəqliyyat vasitələrini yandırıblar, mobil telefon qüllələrinə zərər vurublar, həmçinin inzibati binalara və mağazaya hücum ediblər. Partlayıcı qurğunun partlaması nəticəsində iki qadın qəlpə yarası alıb.
Tailand Ordusunun Dördüncü Hərbi Dairəsinin komandanı general-leytenant Norathip Phoynok hadisə ilə bağlı araşdırma aparılmasını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini əmr edib. Hərbçilər və polis yüksək hazırlıq vəziyyətinə gətirilib, yolların və zəruri obyektlərin patrul xidməti gücləndirilib.
Yerli sakinlərə evdə qalmaları, şübhəli şəxslər və əşyalar barədə məlumat vermələri ilə çağırışlar edilib.
Xatırladaq ki, Taylandın müsəlmanların yaşadığı cənub ərazisində silahlı münaqişə 70 ildən çoxdur, davam edir və yaraqlılar 2004-cü ildən bəri daha da aktivdirlər. Onlar Narathivat, Pattani və Yalanın ayrılmasını və bu ərazilərdə sultanlığın qurulmasını istəyirlər.
Münaqişənin daha da kəskinləşməsindən bəri 7 000-dən çox insan
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az