Sizin reklam burada 728×90
Son dəqiqə

Solovyov: Bu dövlət sərsəmləyir – tam blokada...

12.08.2022 14:28 366 1 dəq oxunur
Solovyov: Bu dövlət sərsəmləyir – tam blokada...
Ukrayna və onun rəhbərliyi, aydın məsələdir; ABŞ və NATO bir kənara, amma Estoniya son günlər yaman sərsəmləyir, Tallin nə etdiyini, bunun nə ilə nəticələnə biləcəyini düşünmür.

bakunews.az axar.az-a istinadən xəbər verir ki, bu fikri qalmaqallı rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində deyib.

“Bu artıq bütün sərhədləri keçmək deməkdir. Bu tip hərəkətlərə Kreml tərəfindən sərt şəkildə cavablar gəlməlidir. Bütün əlaqələrin kəsilməsi – diplomatik və iqtisadi. Estoniyanı Duma neonasist ölkə kimi tanımalıdır. Bu ölkəyə heç nə getməməlidir - nə qaz, nə neft, ümümiyyətlə, heç nə. Onlardan da heç nə qəbul etməməliyik. Tam blokada. Bu ölkədən çıxmaq istəyənlərə isə tam dəstək və rus pasportları... Onlar Rusiyada evlə, işlə, torpaqla təmin olunacaqlar. Estonların vətəni elə Rusiyadır”, - deyə o qeyd edib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az