Sizin reklam burada 728×90
Son dəqiqə

Beyruta irimiqyaslı hava zərbələri endirilir

26.11.2024 18:52 372 1 dəq oxunur
Beyruta irimiqyaslı hava zərbələri endirilir
İsrail Hərbi Hava Qüvvələri Beyrutdakı Hizbullah hədəflərinə qarşı hücumlar dalğasına başlayıb.

B haqda İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, mülki insanlar Livanın paytaxtında hava hücumlarının hədəfinə çevriləcək 20 binadan təhlükəsiz təxliyə edilməyə çağırılıb.

Qeyd edək ki, ötən gün İsrailin Baş naziri Binyamin Netanyahunun İsrail Müdafiə Qüvvələri ilə Hizbullah hərəkatı arasında atəşkəsə gətirib çıxaracaq mümkün razılaşmanı ilkin olaraq təsdiqlədiyi bildirilirdi.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az