Sizin reklam burada 728×90
Son dəqiqə

Madaqaskarda 32 nəfər diri-diri yandırıldı

31.07.2022 21:00 428 1 dəq oxunur
Madaqaskarda 32 nəfər diri-diri yandırıldı
Madaqaskar Respublikasında quldurlar tərəfindən evlərin yandırılması nəticəsində azı 32 nəfər ölüb.

Ölənlər arasında qadınlar və uşaqlar da var.

Respublikanın müdafiə naziri, general Riçard Rakotonirina hadisələrdə yerli sakinlərin “dahalos” adlandırdıqları quldurların günahkar olduğunu bildirib.

O, həmçinin əlavə edib ki, quldurların əraziyə hücumu çox güman ki, onlara qarşı əməliyyatlar zamanı sakinlərin təhlükəsizlik qüvvələrinə yardımına görə qisas xarakteri daşıyıb.

Xatırladaq ki, “dahalos” Madaqaskar Respublikasının bəzi yerlərində mal-qara oğurlayan və banditizmlə məşğul olan mütəşəkkil cinayətkar qruplardır.

Mənbə: rossaprimavera.ru

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az