Sizin reklam burada 728×90
Son dəqiqə

“Bayden namizədliyini geri götürməyə qərar verib”

19.07.2024 14:18 362 1 dəq oxunur
“Bayden namizədliyini geri götürməyə qərar verib”
“ABŞ Prezidenti Co Bayden prezidentliyə namizədliyini geri götürməyə qərar verib”.

Bunu ABŞ-nin Demokratlar partiyasında mənbəyə istinadən “Newsmax”ın jurnalisti Mark Halperin iddia edib.

Onun sözlərinə görə, Ağ Evin hazırkı rəhbəri qərarını bu həftə sonu elan etməyi planlaşdırır: “Bunun üçün nitq hazırlanıb. O, prezident olaraq fəaliyyətini davam etdirəcək. Mənə, həmçinin bildirdilər ki, o, vitse-prezident Kamala Harrisi öz xələfi olaraq dəstəkləməyəcək”.

Xatırladaq ki, C.Bayden özü dəfələrlə seçkidən geri çəkilmyəcəyini açıqlayıb. ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az