Sizin reklam burada 728×90
Son dəqiqə

Makron bu yuxunu unutmalıdır, əks halda... - Şeremet

09.03.2024 09:22 495 1 dəq oxunur
Makron bu yuxunu unutmalıdır, əks halda... - Şeremet
Makron dövlətimizə qarşı təcavüz barədə fikirlərini pis yuxu kimi unutmalıdır. Əks halda, onun aqressiv hərəkətləri nəticəsiz qalmayacaq.

Bunu Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.

Onun sözlərinə görə, Makron səs-küylü bəyanatları ilə Avropanın ən nüfuzlu siyasətçisi rolunda görünməyə çalışsa da, praktikada o öz ölkəsində nifrət edilən bir insandır.

Qeyd edək ki, daha öncə Fransa Prezidenti Emmanuel Makron parlamentdəki partiyalarla görüşü zamanı bəyan edib ki, Rusiya qoşunları Kiyev və ya Odessanı işğal etsə, Ukraynaya qoşun göndərmək mümkündür.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az