Sizin reklam burada 728×90
Son dəqiqə

Makron gecə saatlarında Səmərqəndi gəzdi -

02.11.2023 11:15 423 1 dəq oxunur
Makron gecə saatlarında Səmərqəndi gəzdi -
Fransa prezidenti Emmanuel Makron Özbəkistana dövlət səfərinə başlayıb və bu, Mərkəzi Asiya turunun yekunu olacaq.

BakuNews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, Makron Özbəkistan prezidenti Şavkat Mirziyoyevin müşayiəti ilə gecə Səmərqənddə gəzintiyə çıxıb.

“Dövlət başçıları YUNESKO- nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Registan memarlıq ansamblını ziyarət ediblər ”, - məlumatda deyilir. Qeyd olunur ki, Makron onun tikilmə tarixi, unikal dekorasiyasının xüsusiyyətləri, bu yerlə bağlı əlamətdar hadisələr və şəxsiyyətlərlə tanış olub.

Xatırladaq ki, bu, Fransua Mitteranın 1994-cü ildə ölkəyə səfərindən sonra son 30 ildə Fransa liderinin Özbəkistana ilk səfəridir. Eyni zamanda, Özbəkistan prezidenti Şavkat Mirziyoyev təyinatından sonra iki dəfə - 2018 və 2022-ci illərdə Fransaya səfər edib.

Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az