• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Avroparlamentin “tikan” ömrü başa çatacaq? - ŞƏRH

Dünya

20-07-2022, 13:10

Azərbaycan Avropa ailəsinin üzvüdür. Ölkəmiz Avropa qurumları ilə bir sıra istiqamətlərdə əməkdaşlıq edir. Ümumiyyətlə, rəsmi Bakı NATO və Avropa İttifaqının (Aİ) müxtəlif proqramlarının fəal iştirakçısıdır. Azərbaycan 1996-cı il oktyabrın 14-dən Fərdi Tərəfdaşlıq Proqramı (FTP) üzrə əməkdaşlıq edir. Alyansın Əfqanıstan, İraq və Kosovodakı sülhməramlı missiyasına Azərbaycan da qatılıb.

Avropa İttifaqı ilə əlaqələr geniş spektri əhatə edir. Azərbaycan 2009-cu il mayın 7-dən İttifaqın Şərq tərəfdaşlıq proqramına qoşulan keçmiş 6 sovet respublikasından biridir.

Avropa İttifaqı Şurası və Komissiyası ilə rəsmi Bakının əlaqələri, əməkdaşlıqları müsbət qiymətləndirilir. Son zamanlar Şuranın sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin birbaşa görüşlərinə vasitəçilik etməsini örnək göstərmək olar. O, daim regionda sülh və əməkdaşlığın vacibliyini vurğulayıb ki, bu məsələdə də yanaşması rəsmi Bakı ilə mövqeyi üst-üstə düşür.


Avropa Komissiyası ilə Azərbaycan arasında da əməkdaşlıq genişlənir. İyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Bu sənəd birliyin təhlükəsizliyinin, ərazi bütövlüyünün təmininə Azərbaycanın töhfəsidir.


Yeri gəlmişkən, qeyd edək ki, Aİ üç qurumdan ibarətdir: Avropa Parlamenti, Avropa İttifaqının Şurası və Avropa Komissiyası.

Prezident İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən çıxşında Avroparlamentin bəzi üzvlərinin anti-Azərbaycan mövqeyini əsassız sayaraq onları tənqid edib: “Bizə qarşı ittihamlar, təhqirlər səsləndirildi və yalan məlumatlar yayıldı. Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də Vətən müharibəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil”.


Prezident erməni mədəni irsinin həm Bakıda, həm də Qarabağda mühafizə olunduğunu vurğuladı.

Ötən müddət ərzində, xüsusi ilə 44 günlük müharibə dövründə və ondan sonra da Avroparlamentin Azərbaycana qarşı hay-küyü yadımızdan çıxmayıb.

Bu il martın 10-da isə Avroparlament Qarabağda guya erməni mədəni irsini Azərbaycan tərəfinin "dağıtdığına dair" hay-küylü şayiələr və yalanlarla dolu qətnamə vermişdi.

Bu, Avroparlamentarilərin Azərbaycana qarşı ilk fəaliyyəti deyil. Bu qurumun üzvləri torpaqlar Ermənistanın işğalı altında olanda Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfərlər edir, separaçılarla görüşlər keçirirdi. Ancaq Azərbaycanın dini ibadətgah yerlərinin, mədəni abidələrinin 30 il ərzində ermənilər tərəfindən dağıdılmasını, təhqir edilməsini qurumun üzvləri bir dəfə də olsun dilə gətirmirdi. Avropalı deputatlar bu müddət ərzində yaşayış evlərinin, uşaq bağçalarının, hospitalların, başqa sosial, mədəni və inzibati binaların ermənilər tərəfindən yerlə-yeksan edilməsinə göz yumublar. Ermənilər təkcə işğal etdikəri torpaqlarda deyil, Ermənistanda da Azərbaycanın mədəni, dini abidə və yerlərini dağıdıb, coğrafi, tarixi və yer adlarını erməniləşdiriblər.

Parlamentarilər öz ölkələrinin seçiciləri tərəfindən seçilirlər. Bu, həm də öz ölkələrinin vətəndaşları adından danışmaq səlahiyyətlərinin olması deməkdir. Qərəzli bəyanatları, işğalçını müdafiəsi, dezinformasiya yaymaq və bu kimi həqiqətəndən uzaq fəaliyyəti ilə həmin deputatlar seçicilərinin etimadından sui-istifadə edirlər.

İllər uzunu Avroparlament Aİ ilə Azərbaycan arasında problemlər yaratmağa cəhd edib, yaradıb. İşğalçını və separatçıları dəstəkləyib. Ancaq indi vəziyyət dəyişib. Dünən parlamentdə Azərbaycana qarşı cəfəngiyyat danışanlar bu gün reallıqla barışmağa məcburdur. Bu baxımdan perspektivdə Avroparlament də Aİ-nin o biri qurumları kimi yalan yayıb, iğtişaşların yaranmasına deyil, Azərbaycanla Aİ arasında əməkdaşlığın genişlənib, güclənməsi istiqamətində addım atacaq. Əks, halda parlamentlər “ətlə dırnaq arasındakı tikan”a oxşayacaq…

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Siyasət

6-08-2022, 13:26

Aİ Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün səylərini davam etdirəcək

Dünya

9-08-2022, 21:00

Mixalko: “Cənubi Qafqaz regionunda sabitlik Aİ və tərəfdaşları üçün vacibdir”

Siyasət

19-07-2022, 18:39

Ceyhun Bayramov: “Pandemiyaya baxmayaraq, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır”

Siyasət

13-01-2023, 20:03

Azərbaycan və Almaniya prezidentləri Xankəndi-Laçın yolundakı vəziyyəti müzakirə edib

Siyasət

9-09-2022, 16:25

Bakının 5 erməni hərbçini qaytarmasına Mişeldən reaksiya

Siyasət

29-08-2022, 14:19

Əliyev – Paşinyan görüşünə saatlar qaldı – Sülh sazişi imzalanacaqmı? (ŞƏRH)

Siyasət

8-02-2023, 19:33

Azərbaycan – Rumıniya əlaqələri tarixi və strateji əhəmiyyətə malikdir

Siyasət

6-08-2022, 12:35

Şarl Mişel İlham Əliyevə zəng etdi

Siyasət

18-07-2022, 20:26

Ceyhun Bayramov Brüsselə gedir

Siyasət

19-07-2022, 21:15

“Cənub Qaz Dəhlizi” hidrogenin ixracına imkan yaradır - Ceyhun Bayramov

Siyasət

27-08-2022, 12:34

Brüssel görüşündə müzakirə olunacaq məsələlər açıqlandı

Siyasət

27-08-2022, 12:36

Əliyev və Paşinyan bu məsələləri müzakirə edəcək

Araşdırma
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Hadisə
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
24-09-2026, 11:42
Xəzər dənizində zəlzələ olub
Xəbər lenti
  • Bu gün, 16:47
    Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
  • Bu gün, 16:30
    Bakıda sabahdan güclü yağış başlayacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:15
    Xaçmazda fermerləri KİM(LƏR) ÇƏTİN DURUMA SALIR?.. - NARAZILIQ VAR!
  • Bu gün, 15:52
    Özbəkistanın müdafiə naziri: "Birliyin Gücü - 2026" üç ölkənin hərbçilərinin təcrübə mübadiləsi üçün gözəl imkan oldu
  • Bu gün, 15:20
    “Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döyüb
  • Bu gün, 14:59
    Türkiyədə Suriya və "Hizbullah" arasında danışıqlar aparılıb
  • Bu gün, 14:53
    Bu məktəbdə də BAZAR AÇIBLAR... - VİDEO
  • Bu gün, 14:27
    Nizami rayonunun bir hissəsində suyun verilişində fasilələr olacaq
  • Bu gün, 12:47
    ADEX 2026 - Azərbaycanın müdafiə sənayesinin idxaldan ixraca uzanan strateji yolu - ŞƏRH
  • Bu gün, 12:29
    İcra başçısı 3 nəfərə vəzifə verdi - BUNDAN SONRA...
  • Bu gün, 12:10
    İranın şərqində altı silahlı öldürülüb
  • Bu gün, 12:01
    "Xəstəxananın əməkhaqqı və maliyyə sənədləri yoxlanılsın..." - ÇAĞIRIŞ
  • Bu gün, 11:35
    Kürdəmir rayon prokurorluğu toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparır
  • Bu gün, 11:23
    "Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - GİLEY
  • Bu gün, 10:58
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:48
    Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
  • Bu gün, 10:28
    İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb
  • Bu gün, 10:15
    “Bolt”un zayı çıxıb... - NƏ ETMƏLİ?
  • Bu gün, 09:54
    Azərbaycan nefti bahalaşıb
  • Bu gün, 09:45
    Kərəm Həsənovun kadrı başçı gətirilir? - İDDİA
  • Bu gün, 09:24
    Bu gündən əsgərlər ehtiyata buraxılır
  • Bu gün, 09:15
    Yardımlıda əlil ailəsi KÖMƏK İSTƏYİR - Prezidentə MÜRACİƏT
  • Bu gün, 08:54
    Bu gündən onlayn kredit götürənlər üçün nə dəyişir?
  • Dünən, 19:16
    MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
  • Dünən, 19:00
    İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
  • Dünən, 18:39
    Oktyabrın ilk günlərində bəzi rayonlara dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ
  • Dünən, 18:26
    Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb
  • Dünən, 18:22
    Adil Vəliyev Sabunçuda rəsmən BAZAR AÇIB... - ÖZBAŞINALIQ...
  • Dünən, 18:03
    Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH
  • Dünən, 17:46
    Elman Rüstəmov məşhur restoranını 22 milyon manata satdı
  • Dünən, 17:27
    Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edilib
  • Dünən, 17:18
    Azərbaycan yeni mərmiatan dron istehsal edib
  • Dünən, 17:02
    Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb
  • Dünən, 16:47
    "Bu dəyişiklik nə vaxt baş verəcək?" - HƏQİQƏTƏN DƏ...
  • Dünən, 16:17
    Dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı mexanizmi ilə bağlı qanunvericilik təkmilləşdirilir
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə