Sizin reklam burada 728×90
Son dəqiqə

Almağa gəldiyi evi ildırım vurdu

18.07.2022 20:30 621 1 dəq oxunur
Almağa gəldiyi evi ildırım vurdu
Kris adlı qadın Tiktoker satılan evə baxıb sevgilisi üçün onu lentə alarkən məkanı ildırım vurub.

bakunews.az mili.az-a istinadən bildirir ki, bloggerin TikTok-da yaşadıqlarından bəhs etdiyi videoları The Sun-un diqqətini çəkib.

Krisin dediyinə görə, o, ev almaq istəyib, lakin hadisədən sonra fikrini dəyişib. 5,3 milyon baxış toplayan hadisə ilə bağlı videoların birində o, göstərib ki, boş evə gəldikdə, yüksək səs və parlaq bir parıltı yaranır. "Evi ildırım vurdu - bu, Allahdan bir əlamətdir?", - kadr arxasında səs deyir.

Başqa bir videoda Kris bildirib ki, ildırım avtomobil dayanacağına və evin qapısına dəyib - ildırım qapını yandırıb, mətbəxdə işığı söndürüb. Dayanacaqda sement örtüyü zədələnib, sement tozu qızın avtomobilini bürüyüb. Kris özü sağ qaldı, lakin o, sevgilisinin evə baxış keçirməyə davam etmək təklifini rədd etdi.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az