Sizin reklam burada 728×90
Son dəqiqə

Xankəndidə Azərbaycan Bayrağının ucaldılması münasibətilə Amsterdamda poçt markası buraxılıb

18.10.2023 18:24 355 1 dəq oxunur
Xankəndidə Azərbaycan Bayrağının ucaldılması münasibətilə Amsterdamda poçt markası buraxılıb
Niderland Krallığının Ansterdam şəhərində Azərbaycanın Xankəndi şəhərində şanlı Azərbaycan Bayrağının dalğalanmasını əks etdirən poçt markaları çap edilib.
Amsterdamda yaşayan diaspor fəalı Səltənət Rəvanqızının təşəbbüsü ilə “Azərbaycanın inciləri” layihəsi çərçivəsində buraxılan markanın üzərində
“Qarabağ Azərbaycandır!” və “Xankəndi” sözləri yazılıb. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap
edilib. Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmasına yerli ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə həyata
keçirilib.
Qeyd edək ki, indiyədək “Azərbaycan inciləri” layihəsi çərçivəsində Amsterdamda “Heydər Əliyev - 100”, “Xarı bülbül”, “Şuşa”, “Nizami Gəncəvi - 880”, “Üzeyir Hacıbəyov”, “Fikrət Əmirov”, “Cövdət Hacıyev”, “Əminə Dilbazi”, “Rəşid Behbudov”, “İsmayıl Şıxlı”, “Sakit Məmmədov”, “Albert Aqarunov”, “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov” adlı markalar çap
edilib.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az