• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Heydər Əliyevin rəhbərlik dövründə ölkəmiz sürətli inkişaf etmişdir

Cəmiyyət

14-07-2023, 20:21

14 iyul 1969-cu ildə Bu tarixdən etibarən Heydər Əliyevin Azərbaycanda rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmiz sürətli inkişaf etdi.Uzaqəgörən siyasətlə görülən işlər sonradan dövlət müstəqilliyinin bərpasında müstəsna rol oynadı.

Azərbaycan yenidən əsası 1969-cu ildən başlanan inkişaf yoluna qayıtdı

Naxçıvanda dövlət quruculuğu prosesinin getdiyi həmin dövrdə ölkəmiz hakimiyyətsizlik, vətəndaş qarşıdurması, dövlət müstəqilliyini itirmək, işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Azərbaycana “rəhbərlik edənlər” ölkənin və xalqın gələcəyini deyil, öz şəxsi mənafelərini güdürdülər. Belə bir dövrdə xalqımız ümid yeri kimi Naxçıvana – ümummilli liderimiz Heydər Əliyevə üz tutdu, onu təkidlə siyasi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 15-də Ulu Öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin əsasını qoydu, ölkəmiz təlatümlər burulğanından xilas oldu, müstəqilliyimiz qorunub saxlandı, vətəndaş müharibəsinin qarşısı alındı, möhkəm ictimai-siyasi sabitlik yaradıldı, Azərbaycan yenidən əsası 1969-cu ildən başlanan inkişaf yoluna qayıtdı.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürüb, eyni zamanda bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkib. Onun dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olub. Dahi şəxsiyyət o zaman qarşıya qoyduğu vəzifələri belə bəyan edib: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.
Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olub.
Dahi rəhbərin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan Azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir.

1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.

Azərbaycanın həm Sovet İttifaqı, həm də müstəqillik dövründə inkişafının əsası 1969-cu ilin 14 iyulunda qoyulub. Həmin vaxt siyasi hakimiyyətə gələn müdrik şəxsiyyət Heydər Əliyev respublikamızın həyatında möhtəşəm dəyişikliyə nail olub, milli, müstəqil dövlətin qurulması üçün zəruri olan bütün işləri görüb, Azərbaycanı həm SSRİ, həm də dünya miqyasında tanıdıb. 1969-cu ilə qədər iqtisadi tənəzzüldə boğulan, SSRİ-nin geridə qalmış aqrar respublikası kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, eyni zamanda, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu, yüksək mədəniyyəti, incəsənəti, alimi, əmək adamı ilə bütün dünyada tanınan bir diyara çevrilmişdi. Ona görə də 1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı hesab olunur.

Ulu Öndərimizin ölkəmizə rəhbərliyinin birinci dövrü milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Ulu Öndər sərt sovet rejimində bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb və cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması, azərbaycançılıq ideyasının təbliği istiqamətində atdığı cəsarətli addımlar, həyata keçirdiyi tədbirlər hər bir Azərbaycan vətəndaşında belə bir inam yaradırdı ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq, müstəqil olacaq. Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf, milli kadrlar, ziyalı nəsli, hüquqi baza yetişdirilməlidir. Ulu Öndər hələ sovet hakimiyyəti illərində Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaratmağa nail olmuşdu. 1969-1982-ci illərdə Azərbaycanın sürətli inkişafı, adət-ənənəsinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması bugünkü müstəqilliyimizin təməlinin qoyulmasında böyük rol oynayıb. Azərbaycanın sənaye-aqrar respublikasına çevrilməsi də bu istiqamətdə mühüm əhəmiyyət kəsb edib. Ümummilli Lider respublikaya rəhbərlik etdiyi dövrdə bütün fəaliyyəti ilə hər bir azərbaycanlıya Vətən, xalq üçün qurub-yaratmaq, xidmət etmək fəlsəfəsini aşılayıb.

Ulu Öndər müstəqilliyimizin əbədiliyin qorunmasında gənc nəslin hərtərəfli yetişməsini, dövlət işlərinə cəlb edilməsini daim diqqət mərkəzində saxlayıb. Gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında, ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri olub. Onun zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Hələ keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Bu gün dünya birliyində özünə layiqli yer tutan, inkişaf etmiş demokratik ölkələrlə bir sırada adı çəkilən müstəqil Azərbaycan Ulu Öndərin xalqımıza əmanətidir. Ümummilli Liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev, o cümlədən ölkəmizin mədəniyyətinin, incəsənətinin, mədəni irsinin dünyada tanıdılmasında misilsiz xidmətləri olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın adının daha yüksəkliklərdən eşidilməsi üçün bütün qüvvələrindən istifadə edirlər. Bütün bunlara məhz dövlət idarəçiliyinin ali zirvədə olması hesabına nail olunub. Bunun isə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.

Ulu Öndər sosial-iqtisadi siyasətdə köklü dəyişikliklərlə yanaşı, nizami ordu yaradılması istiqamətində də davamlı addımlar atırdı. Məhz həmin dövrdə qurulan ordu torpaqlarımızın işğaldan azad olunacağına inamı gücləndirirdi.

Xatırlatmaq yerinə düşər ki, Ulu Öndər hələ sovet dövründə peşəkar milli hərbçi kadrların yetişdirilməsini də diqqət mərkəzində saxlayırdı. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb yaradıldı. Həmçinin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində azərbaycanlı gənclərə daha çox yer ayrıldı. Bir çox gənclər SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərildi. Həmin dövrdə yetişən Azərbaycan hərbçiləri milli ordunun təşəkkül tapmasında mühüm rol oynadılar.

Ulu Öndərin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”.

Ümummilli Lider tərəfindən əsası qoyulan möhkəm təməl üzərində Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yarada bildi. Məhz bunun sayəsində torpaqlarımızın işğaldan azad edildiyi gün yetişdi, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi. Üçrəngli bayrağımız yenidən doğma Qarabağda, iftixar mənbəyimiz olan Şuşada dalğalanmağa başladı, ərazi bütövlüyümüz təmin edildi.

Vətən müharibəsində qazanılmış böyük Zəfərin qürur və sevincini yaşadığımız bu günlərdə Ümummilli Liderin vaxtilə məcburi köçkünlər qarşısında böyük inamla dediyi sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.

Bu gün Ulu Öndərin arzuları reallaşıb. Xalqımızın 30 illik yurd həsrətinə son qoyulub. Biz artıq doğma Qarabağımıza qovuşmuşuq. Bu böyük Zəfərə aparan yolun əsasında Azərbaycanın böyük oğlu dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı tərəfindən daima hörmətlə anılacaq. Nəqədər ki, Azərbaycan var Ulu Öndərimiz var olacaq, O da yaşayacaqdır.

Hörmətlə YAP üzvü, gənc fəal, gənc könüllü, Birinci vitse prezident Mehriban xanım Əliyevanın könüllüsü, Ulutv.İnfo və Bakunews.az xəbər portalının əməkdaşı, Nərgiz Fondunun əməkdaşı Fərid Şərifov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Ölkə

26-04-2023, 01:56

Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi əbədi, daimi və dönməz oldu

Cəmiyyət

29-09-2022, 16:36

Ulu Öndər Heydər Əliyev siyasəti xoşbəxt gələcəyimizin təminatçısıdır.

Siyasət

23-03-2023, 00:34

Fərid Şərifov: Azərbaycan var olduqca Heydər Əliyev də yaşayacaqdır

Siyasət

13-03-2023, 23:38

Heydər Əliyev ideyaları bundan sonra da Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq

Cəmiyyət

11-05-2023, 21:01

Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirdi

Cəmiyyət

19-08-2022, 19:30

Dövlət və dövlətçiliyimin siyasətinə xidmət edirəm

Cəmiyyət

6-05-2023, 21:19

Əbədiyyətə qovuşan ömür

Siyasət

8-04-2023, 01:49

Fidan Hüseynova: Xalqa Zəfər bəxş edən ordu

Cəmiyyət

1-04-2023, 21:54

BDU-nin 1-ci kurs tələbəsi Aysel Quliyeva Ulu Öndər Heydər Əliyevlə bağlı yazdı - FOTO

Cəmiyyət

15-06-2023, 01:44

Fidan Hüseynova: Həyatını canından artıq sevdiyi xalqına həsr etmiş Ulu Öndər Heydər Əliyev

Siyasət

14-08-2022, 00:00

Ali Baş Komandanın rəhbərliyi ilə 44 Günlük Vətən Müharibəsində Tarixi Qələbə Əldə Etdik

Hərbi

3-05-2023, 23:31

Ulu Öndərin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanda hərbi quruculuq” adlı kitabın təqdimat mərasimi keçirilib - FOTO

Araşdırma
Xaçmazda uşaq baxçasında qalmaqal: qanun pozuntuları niyə ört-basdır edilir?
Novxanıda “torpaq imperiyası” iddiası: sabiq bələdiyyə sədrinin sərvəti araşdırılmalıdır
Azərbaycanda qanunsuz lizinq - “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib
“Dərs yox, jurnal var?” – Gəncə Regional Kollecində növbəti qanun pozuntusu iddiası video və sənədlərlə gündəmdə
“PAŞA-K” dərman şirkətindən ŞİKAYƏT - “Ailəmizi ölümlə hədələyirlər, həyatımız təhlükədədir”
Gülbadə Abdullayeva hadisəsi ilə bağlı ziddiyyətli açıqlamalar: KTM rəhbərliyinə yönələn suallar artır
Hadisə
12-05-2026, 09:21
Kəmaləddin Heydərov Lökbatanda yanğın baş verən əraziyə gəlib - YENİLƏNİB
10-05-2026, 12:30
Ceyhun Bayramov: Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya üzrə işlər davam etdirilir
10-05-2026, 12:00
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
7-05-2026, 17:34
Gülbadə Abdullayeva hadisəsi ilə bağlı ziddiyyətli açıqlamalar: KTM rəhbərliyinə yönələn suallar artır
7-05-2026, 15:40
Türkiyədə 77 tələbə qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib
6-05-2026, 11:48
Mövlud Çavuşoğlunun qardaşı güllələnib
Xəbər lenti
  • Bu gün, 13:00
    İlham Əliyev Tokayevi doğum günü münasibətilə təbrik edib
  • Bu gün, 12:00
    Konqo urbanizasiya və yaşayış mühiti üzrə onillik plan üzərində iş aparır
  • Bu gün, 11:30
    Mirziyoyev Azərbaycana işgüzar səfər edəcək
  • Bu gün, 11:00
    İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib
  • Dünən, 18:00
    Pakistanın Pəncab əyalətinin Baş naziri WUF13-də iştirak üçün Azərbaycana gəlib
  • Dünən, 17:30
    Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
  • Dünən, 17:00
    HƏMAS-ın daha bir komandiri zərərsizləşdirildi
  • Dünən, 16:00
    Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
  • Dünən, 15:48
    Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
  • Dünən, 15:26
    WUF13 ilə bağlı daşımalara "Bakı Taksi" xidmətinin 150 nəqliyyat vasitəsi cəlb edilib
  • Dünən, 15:21
    Peskov türk dilini necə öyrənməsindən danışdı
  • Dünən, 15:04
    Sabah bəzi ərazilərə dolu düşəcək, dağlara qar yağacaq - PROQNOZ
  • Dünən, 12:33
    4 ayda 52 min şəxs işlə təmin olunub
  • Dünən, 11:47
    Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
  • Dünən, 11:43
    Ordular hazır vəziyyətə gətirildi: ABŞ-İran savaşı hər an başlaya bilər
  • Dünən, 11:28
    İlham Əliyevin Türküstan mesajı: Orta Dəhlizdən rəqəmsal suverenliyə gedən yol - ŞƏRH
  • Dünən, 11:05
    İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir?
  • Dünən, 10:38
    Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilir
  • Dünən, 10:32
    Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
  • Dünən, 10:05
    Bəxtiyar Tağıyev qanunsuz tikintini dayandırsada… Abdin Fərzəliyev isə….
  • Dünən, 10:05
    Bəxtiyar Tağıyev qanunsuz tikintini dayandırsada… Abdin Fərzəliyev isə….
  • Dünən, 09:34
    Premyer Liqa: "Şamaxı" "Turan Tovuz"u, "Qarabağ" "İmişli"ni qəbul edəcək
  • Dünən, 09:25
    “Azərlotereya”nın sahibi “Demirören”in KİRLİ DOSYESİ: Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
  • Dünən, 09:02
    Tramp "dünyanın ən fəal terrorçusu"nun məhv edildiyini açıqlayıb
  • 15-05-2026, 19:03
    Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
  • 15-05-2026, 18:54
    “Pearl Kids” bağçasında 4 yaşlı uşağaı psixoloji şiddət: “Uşağım qorxudan…”
  • 15-05-2026, 18:26
    Fərid Əhmədov pakistanlı həmkarı ilə hüquqi əməkdaşlığı müzakirə edib
  • 15-05-2026, 18:15
    114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
  • 15-05-2026, 17:40
    TDT-nin Katibliyinin potensialının artırılmasına dair qərar qəbul edilib
  • 15-05-2026, 17:32
    “Metinvest“ MMC-nin bir qrup işçisi maaşlarını ala bilmədiklərindən şikayətçidirlər - VİDEO
  • 15-05-2026, 17:11
    Japarov: Bişkek və Ankara TDT-də cinayətkarlığa qarşı mübarizə şurası təşəbbüsünü irəli sürüb
  • 15-05-2026, 16:57
    Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - ŞİKAYƏT
  • 15-05-2026, 16:39
    19 apreldə keçirilən imtahanların nəticələri elan olunub, bir nəfər maksimal bal toplayıb
  • 15-05-2026, 16:23
    Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
  • 15-05-2026, 15:50
    İlham Əliyev: Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə