• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Fərid Şərifov: Xocalı faciəsi tariximizdə əbədi olaraq qan yaddaşı kimi qalacaqdır

Cəmiyyət

25-02-2023, 23:25


1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu.
Azğınlaşmış ermənilər Qarqar çayı istiqamətində, “Donuzçuluq ferması” deyilən yerdə dinc əhaliyə qarşı əsl soyqırım törətdilər. Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər demək olar ki, müdafiəsiz qalmışdı. Şübhəsiz, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Qısa müddətdə şəhəri alov bürüdü, vahiməyə düşən sakinlər evlərini tərk edib gecənin qaranlığında meşəyə tərəf üz tutdular. Qarşıda isə onları nələrin gözləməsindən tam xəbərsiz idilər. Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçivanik kəndi yaxınlığında erməni yaraqlıları ilə qarşılaşdı. Gecənin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər.

Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.
Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Xocalı şəhərində yerləşən dövlət və ictimai obyektlərin sayı və dəyəri ayrı-ayrılıqda müəyyən edilib. İstintaq komissiyası tərəfindən respublikanın 35 nazirlik və idarəsinin Xocalı şəhərində inşa etdikləri, balanslarında olan tikililər, qurğular, dəzgahlar, xammal və sair qiymətlilər barədə sənədlər toplanılmış, mütəxəssislərdən ibarət komissiya təşkil edilib. Komissiyanın gəldiyi nəticəyə görə, Xocalı şəhərinin işğalı nəticəsində dövlət idarə, müəssisə və təşkilatlarının, ictimai təşkilatların əmlakına 4 milyard 199 milyon 668 min 338 rubl məbləğində ziyan dəyib. Fakt bu idi ki, Xocalı soyqırımı artıq törədilmişdi. Qətlə yetirilənlərin sayı, cəsədləri üzərində vəhşiliklər törədilməsi, təhqir edilməsi, ermənilərin vəhşiliyi barədə ötən illərdə çox yazıldığından, yenidən təkrarlamağa lüzum yoxdur. Bu, Ermənistanın Qarabağı ələ keçirmək planının reallaşmasına şəriət yaradan ən böyük amillərdən biri idi. Bütün bunlar qarşıda bizi gözləyən daha böyük itkilərin başlanğıcı oldu. Yüzlərlə qəhrəman oğullarımızı buna vadar edən yalnız və yalnız vətənə məhəbbət hissi olub. Şəhidlik-vətənpərvərliyin ən uca zirvəsidir. Ümummilli liderimiz Heydər Əliyev şəhidliyə yüksək qiymət verərək deyib: “Şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onlar qəlbimizdə daim yaşayacaqdır”.
O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir!..


Ulu Öndər Heydər Əliyev Xocalı Faciəsi ilə bağlı çıxışlarında demişdir:

Bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz
qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni
zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."

Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı haqqında deyib: “Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”.

Prezident İlham Əliyev Xocalı soyqırımı haqqında demişdir: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir

Bununla əlaqədar Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı - XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir. Artıq dünyanın onlarla ölkəsinin parlamenti öz qiymətini verib, Xocalı soyqırımını tanıyan qərarlar qəbul ediblər.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.

2020-ci ildə baş verən Vətən müharibəsində müstəqilliyin övladları 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən bütövləşdi. Bununla da xalq öz rəhbərinin ətrafında yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu.

Mən Fərid Şərifov gənc olaraq bildirmək istəyirəm ki, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin xatirəsini faciənin otuz birinci ildönümü ərəfəsində dərin hüznlə bir daha yad edərək Allahdan rəhmət diləyir, Azərbaycan xalqıma başsağlığı verirəm.

Mən hesab edirəm ki, Xocalı faciəsi tariximizdə əbədi olaraq qan yaddaşı kimi qalacaqdır.

Varolsun Azərbaycan

Varolsun Hörmətli Cənab Prezident İlham Əliyev

Varolsun Hörmətli Birinci vitse prezident birinci xanım Mehriban Əliyeva

Hörmətlə YAP-ın üzvü, Xətai Rayon İcra Hakimiyyətinin könüllüsü, İDEA İctimai Birliyin üzvü və könüllüsü, QEYD Sosial Maarifləndirmə İctimai Birliyin üzvü, Birinci vitse prezident Mehriban xanım Əliyevanın könüllüsü, Prezident Yanında Qeyri Hökumət Təşkilatların İctimai Birliklər Üzrə Nümayəndəsi, Ulutv.İnfo xəbər portalının əməkdaşı Fərid Şərifov

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Hadisə

6-08-2022, 12:16

Ermənilər Kəlbəcər, Laçın, Ağdam, Xocavənd və Xocalını ATƏŞƏ TUTDU

Ölkə

25-02-2023, 22:30

Xocalı qətliamı bəşər tarixinin ən dəhşətli səhifələrindəndir

Hadisə

28-08-2022, 13:52

Ermənilər tərəfindən törədilən Ballıqaya qətliamının ildönümüdür

Ölkə

25-02-2023, 22:56

Xətai rayonundakı Xocalı soyqırımı abidəsi yerləşən parkda abadlıq işləri yekunlaşıb

Dünya

26-02-2023, 23:08

Estoniya paytaxtında Xocalı soyqırımı qurbanları yad edilib - FOTO

Gündəm

23-02-2023, 00:57

BDU-nin birinci kurs tələbəsi Aysel Quliyeva Xocalı faciəsi ilə bağlı yazdı

Siyasət

20-08-2022, 19:40

Laçın necə işğal edilmişdi? – Polkovnik əsas səbəbləri göstərdi

Cəmiyyət

13-08-2022, 15:51

Xocalı qatili erməni general öldü

Gündəm / Dünya

23-02-2023, 20:26

Sankt-Peterburqda Xocalı soyqırımı ilə bağlı anım tədbiri olub - FOTOLAR

Cəmiyyət

21-02-2023, 01:35

BDU-nin birinci kurs tələbəsi Aysel Quliyeva Xocalı xaciəsi ilə bağlı yazdı

Gündəm / Dünya

22-02-2023, 20:50

ABŞ-ın Minnesota ştatındakı qəzetlər Xocalı faciəsi barədə məlumat yayıb

Gündəm

31-07-2022, 12:15

Düşmən Gədəbəyi atəşə tutdu

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 14:50
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
Dünən, 16:15
Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
Dünən, 12:53
“Rent a car” rəhbəri TUTULDU
Dünən, 10:37
Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
3-09-2026, 18:18
Qusarda təcili yardım maşını qəzaya düşdü - Foto
3-09-2026, 10:29
FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib
Xəbər lenti
  • Bu gün, 16:31
    Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı - TƏFƏRRÜAT
  • Bu gün, 16:21
    Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
  • Bu gün, 15:59
    AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA
  • Bu gün, 15:31
    Bakıda yarışla əlaqədar nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb
  • Bu gün, 15:20
    Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
  • Bu gün, 14:50
    Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb
  • Bu gün, 14:13
    Cahid Şahbazovun DAHA BİR QURBANI... - NARAZILIQ VAR...
  • Bu gün, 13:31
    SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
  • Bu gün, 13:24
    Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? - İTTİHAM VAR...
  • Bu gün, 12:45
    Bazar günü yağış yağacaq - PROQNOZ
  • Bu gün, 12:36
    “Aqrarkredit”in “Milyonerlər məhəlləsi”ndəki hoteli satılır - Görün, neçəyə...
  • Bu gün, 11:51
    Səbinə Əliyeva: Ermənistanlı hüquq müdafiəçisinin iddiaları əsassız və qərəzlidir
  • Bu gün, 11:45
    ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
  • Bu gün, 09:23
    Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
  • Dünən, 19:00
    Hər daşa yazılan tarixə yazılmır: daşları yazıb, tarixi silməyək - ŞƏRH
  • Dünən, 18:34
    Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
  • Dünən, 18:27
    Vüsal Aslanov Bakı metrosunu niyə obyektə çevirir? - 3 min manatlıq bəla...
  • Dünən, 18:07
    Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
  • Dünən, 17:59
    "Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
  • Dünən, 17:35
    Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb
  • Dünən, 17:18
    Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? - ŞƏRH
  • Dünən, 16:59
    Marko Rubio Latın Amerikasının üç ölkəsinə səfər edəcək
  • Dünən, 16:48
    Əli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay...
  • Dünən, 16:28
    Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
  • Dünən, 16:15
    Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı
  • Dünən, 16:03
    Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
  • Dünən, 15:46
    İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
  • Dünən, 15:35
    “Bantik” Kosmetika işə satıcı götürür, yoxsa hambal? - İşçidən şikayət
  • Dünən, 15:02
    Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edilib
  • Dünən, 14:53
    Binəqədidə TİKİNTİ XAOUSU... DAVAM EDİR...
  • Dünən, 14:36
    Naxçıvanda külli miqdarda qızılı Türkiyəyə keçirməyə cəhd edən qrup üzvlərinə hökm oxunub
  • Dünən, 14:21
    Ağsuda sahibkara işıq da “qadağan” edildi? – 3-4 metrlik məsafə bəhanəsi ilə sayğac məsələsi gündəmdə
  • Dünən, 14:14
    Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
  • Dünən, 13:14
    Həmin toya hücumu araşdırırlar
  • Dünən, 13:02
    Şənbə günü 35 dərəcə isti olacaq
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə