Binəqədi rayonunun Biləcəri qəsəbəsində vətəndaşın şəxsi mülkünün təhlükəsizlik çəpərinin onun xəbəri və razılığı olmadan dağıdıldığı iddia edilir.
Bakunews.az-a müraciət edən Qəribov Elsevərin sözlərinə görə, hadisə 29 avqust 2026-cı il tarixində Biləcəri qəsəbəsinin Məmmədoğullar adlanan ərazisində, Yeni yaşayış massivi, Gursulu küçəsində baş verib.
Şikayətçi bildirir ki, ona məxsus həyətin təhlükəsizlik məqsədilə çəkilmiş çəpəri naməlum şəxslər tərəfindən dağıdılıb. Vətəndaşın təqdim etdiyi məlumata əsasən, hadisə ərazidə quraşdırılmış müşahidə kameraları vasitəsilə qeydə alınıb
Qəribov Elsevər baş vermiş hadisə ilə bağlı artıq polisə rəsmi müraciət etdiyini və araşdırma aparılmasını istədiyini bildirir.
Redaksiyaya təqdim olunan videogörüntülərdə hadisə zamanı ərazidə olan şəxslərin görüntülərinin qeydə alındığı bildirilir. Şikayətçi həmin şəxslərin kimliyinin müəyyənləşdirilməsinə kömək edə biləcək şəxslərdən hüquq-mühafizə orqanlarına məlumat vermələrini xahiş edir.
Vətəndaş məsələ ilə bağlı obyektiv araşdırma aparılmasını, şəxsi mülkiyyətinə müdaxilənin hansı səbəbdən və kimlər tərəfindən həyata keçirildiyinin müəyyən olunmasını tələb edir.
Hadisə ilə bağlı polis araşdırmasının nəticəsi və qarşı tərəfin mövqeyi məlum olduğu təqdirdə Bakunews.az tərəfindən dərc edilə bilər.