Sizin reklam burada 728×90
Son dəqiqə

Hərbi qulluqçularımız İranda səfərdədirlər

14.08.2022 13:15 535 1 dəq oxunur
Hərbi qulluqçularımız İranda səfərdədirlər
Azərbaycan Ordusunun hərbi qulluqçuları "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçiriləcək "Snayper həddi" müsabiqəsində iştirak etmək məqsədilə bu ölkədə səfərdədirlər.

Bu barədə bakunews.az-ya milli.az-a istinadən Müdafiə Nazirliyindən bildirilib.

Müsabiqədə iştirak edən komandaların nümayəndələri ərazi ilə tanış olub, hərbi qulluqçularla təlimat keçirilib. Şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, yarışların xüsusiyyətləri və keçirilmə şərtləri izah edilib.

Qeyd edək ki, "Snayper həddi" müsabiqəsində Azərbaycan, Belarus, Çin, İran, Özbəkistan, Rusiya və Zimbabveni təmsil edən komandalar iştirak edəcəklər.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az