• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

 “Enerji Constraction” QSC-ni “BƏYAZ İNŞAAT” MMC ilə əvəzləyən Yusif Yusifliyə bu şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...

Cəmiyyət / Olay

18-11-2025, 11:02

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi bir mənbədən satınalma metodu tətbiq etməklə Xocavənd rayonunun Quzumkənd kəndində fərdi yaşayış evlərinin (40 ev – 6732 m2) təmir işlərinin satın alınması üzrə “BƏYAZ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.355.267,37 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 13.11.2025-ci ildə dərc edilib.
Qeyd edək ki, “BƏYAZ İNŞAAT” MMC Qarabağda quruculuq işlərinə çox az bir müddətdir başlamasına baxmayaraq artıq bir neçə qurum tərəfindən iri həcmli layihələrə cəlb edilib və müqavilələr bağlayıb.

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi də 23.09.2025-ci ildə bir mənbədən satınalma metodu tətbiq etməklə Xankəndi şəhərində yerləşən yaşayış və qeyri yaşayış sahələrində cari təmir işləri üzrə “BƏYAZ İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 675.786,24 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti “BƏYAZ İNŞAAT” MMC ilə onda iki ay əvvəl, 09.07.2025-ci ildə Ağdərə rayonu Vəngli kəndində bir sıra fərdi yaşayış evlərinin cari təmiri işləri üzrə də müqavilə bağlayıb. Bu tenderdə də bir mənbədən satınalma metodu tətbiq edilib və müqavilənin dəyəri 2.885.632,49 manat təşkil edib.

Göründüyü kimi “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” də, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti də bir mənbədən satınalma metodu tətbiq etməklə “BƏYAZ İNŞAAT” MMC ilə son 3-4 ay ərzində ümumi dəyəri 6 milyon manata yaxın olan üç satınalma müqaviləsi bağlayıb. Bəs, Bu dövlət qurumlarının son üç ayda satınalma müqaviləsi bağladığı “BƏYAZ İNŞAAT” MMC bu iri həcmli sifarişləri yerinə yetirmək iqtidarındadırmı?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BƏYAZ İNŞAAT” (VÖEN: 2001329971) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.10.2008-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2318708 manat olan MMC-nin hüquqi ünvanının, ABŞERON RAYONU, GÖRƏDİL, N.SALAYEV, ev.8, qanuni təmsilçisi kimi isə Yusifli Yusif Eldar oğlu qeyd olunub. Məmmədsaadov Səyyadi Nəsib oğlu (həm də “QARA ÇAY” şirkətinin qanuni təmsilçisidir.) Faxri Amircanov ayrı-ayrı vaxtlarda MMC-yə rəhbərlik ediblər. Qeyd edək ki, Vergi Xidmətinin reyestr məlumatlarında MMC-nin 2008-ci ildə İbrahimov Raqif Tapdıq oğlu tərəfindən təsis edildiyi göstərilir. Bəs Raqif İbrahimov kimdir?

O, 1984-cü ildən 1992-ci ilə kimi “Sumqayıtkimyasənaye” İstehsalat Birliyində usta, Birliyin baş memarı, şöbə rəisi, idarə rəisinin müavini vəzifələrifndə çalışmışdır. 1993-1997-ci illərdə “Azərikimya-təmir” trestində idarə rəisi, 1997-2001-ci illərdə “Azmexqur” SC-də Tikinti-quraşdırma idarəsinin rəisi, 2001-2004-cü illərdə “Mexquraşdırma” İstehsalat-kommersiya firmasında direktor vəzifəsində işləmişdir. 2004-2012-ci illərdə Bakı şəhərində “AzərQUR” MMC-nin sahə rəisi olmuşdur. 2012-ci ildən “Körpü-Binatikinti” MMC-də sahə rəisi vəzifəsində çalışıb. 17 dekabr 2004-cü ildə və 23 dekabr 2014-cü ildə Sumqayıt Bələdiyyəsinə üzv seçilmişdir. Medianın 2010-cu ilin sentyabrında yaydığı məlumata görə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının 2010-cu ildə parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısını nəzərdən keçirib və siyahını təsdiq edib. Həmin siyahıda İbrahimov Raqif Tapdıq oğlu 41 saylı Sumqayıt birinci seçki dairəindən AMİP-in namizədi olub.

Bəs, MMC-nin hazırki qanuni təmsilçisi Yusif Eldar oğlu Yusifli kimdir? Adı bir çox şübhəli satınalmalarda hallanan “Enerji Constraction”MMC-nin təsisçisi. Qeyd edək ki, Yusif Yusifli ötən il “Azərişıq” ASC tərəfindən keçirilmiş satınalmalarda ciddi korrupsiya hallarına yol verilməsi ilə bağlı mətbuata verdiyi açıqlamalarla gündəmə gəlmişdi. “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi və direktoru kimi Yusif Eldar oğlu Yusifli açıqlamalar vermişdi ki, Kəlbəcər rayonunda gördüyü işlərə görə “Azərişıq” ASC-nin ona və 250 işçisinə, mal-material, maşın-texnika sahiblərinə külli miqdarda – 5 milyon manatdan yuxarı borcu yaranıb. Amma sifarişçi təşkilat olaraq “Azərişıq” ASC tərəfindən pullar ödənilmir.

Qeyd edək ki, Yusif Yusifli açıqlamalarında “Azərişıq” ASC-nin rəsmiləri ilə tender prosedurundan əvvəl görüşərək işi müzakirə etdiklərini, razılığa gəldikdən sonra tenderdə qalib olduğunu bildirmişdi. İndi görəsən, Azərişıq” ASC-nin rəsmiləri ilə razılığa gəlib tender udan, qeyri leqal sifarişləri həyata keçirmiş sahibkar yuxarıda adları çəkilən dövlət qurumlarının rəhbər şəxsləri ilə hansı şərtlərlə razılığa gələrək üç ay ərzində 6 milyon manatan yaxın dəyəri olan tenderləri bir mənbədən satınalma metodu ilə əldə edə bilmişdir. İndi kim zəmanət verə bilər ki, Yusif Yusifli “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” və “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin rəsmiləri ilə əvvəlcədən görüşüb, razılaşdıqdan sonra bu tenderlərdən qalib çıxmayıb?

Xatırladaq ki, “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisi kimi Yusif Eldar oğlu Yusifli ilə “Azərişıq” ASC arasında qalmaqal 2023-cü ilin sonlarında baş vermişdir. Bu qalmaqal mediada yayıldıqdan sonra “Enerji Construction” Qapalı Səhmdar Cəmiyyəti heç bir satınalmada qalib olmur. Hazırda isə QSC-nin 3 547 684.06 manat vergi borcu var.

Şirkət Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən etibarsız təchisatşılar siyahısına da salınmayıb. Belə olan təqdirdə Yusif Yusifli nə üçün “Enerji Construction” QSC ilə deyil “BƏYAZ İNŞAAT” MMC ilə satınalmalara qatılır? Çünki, Yusif Yusifli bəzi dairələrdə öz etibarını itirib. Buna baxmayaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ona hələ də şərait yaradır.

Aktualinfo.net

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

1-11-2024, 16:09

SABİQ NAZİRİN “TENDER KRALI”NA ÇEVRİLƏN ŞİRKƏTİ... - Azərbaycanda “Caspel”dən başqa İT şirkəti yoxdur? -DE-FAKTO

Gündəm / Cəmiyyət

10-10-2024, 09:22

Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub

Gündəm / Siyasət

24-04-2024, 14:40

Beş ayda 67 milyon manat dövlət sifarişi verilmiş müəmmalı MMC-nin arxasında kimlər durur?

Siyasət

7-12-2023, 09:42

İlham Əliyevin 3 saatlıq çıxışının TAM MƏTNİ

Gündəm / Cəmiyyət

20-02-2025, 12:08

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…-DETALLAR

Cəmiyyət

21-02-2025, 11:28

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…

Gündəm / Cəmiyyət

3-07-2025, 08:44

Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Siyasət

20-07-2025, 10:00

İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü olub - YENİLƏNİB

Gündəm / Cəmiyyət

17-07-2025, 12:28

Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –“İnşaatçı 3” MMC nazirin özəl tərəfdaşı kimi…

Cəmiyyət

24-02-2025, 15:20

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

Gündəm / Cəmiyyət

19-09-2024, 14:42

“Unidez Center” MMC-ni KİM HİMAYƏ EDİR? - Qaradağ MKTİB, yoxsa Antiinhisar Xidməti?

Gündəm / Cəmiyyət

2-09-2025, 16:37

İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 16:39
Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub
Dünən, 18:00
Meyvə bağındakı hovuzda boğulub öldü
19-07-2026, 15:30
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
17-07-2026, 13:42
Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
16-07-2026, 10:57
Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var
16-07-2026, 10:07
Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib
Xəbər lenti
  • Bu gün, 19:00
    ETSN meşələrdə yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
  • Bu gün, 18:33
    Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib
  • Bu gün, 18:16
    İran Küveyt və Bəhreyni vurdu
  • Bu gün, 17:56
    “Space TV”nin bank hesablarına həbs qoyuldu
  • Bu gün, 17:49
    PVC xərək qalmaqalından sonra daha bir uyğunsuzluq - KTM-in saytı aylardır yenilənmir
  • Bu gün, 17:29
    Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı
  • Bu gün, 17:17
    Haqqında heç bir məlumat olmasa da, arxasında duran var – Söhbət “MİNT SERVİCES” MMC-dən gedir
  • Bu gün, 17:05
    Milli Məclisin deputatı İranda səfərdədir
  • Bu gün, 16:56
    Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH
  • Bu gün, 16:39
    Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub
  • Bu gün, 16:04
    Dövlət xəstəxanasında 2 MANATLIQ RÜSVAYÇILIQ: İcbari Tibbi Sığorta maklerlərin bazarına çevrildi! -VİDEO
  • Bu gün, 15:44
    İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • Bu gün, 15:33
    “Azza”dan alınan məhsul xarab çıxdı – Video
  • Bu gün, 15:15
    Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
  • Bu gün, 15:05
    Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
  • Bu gün, 14:54
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 14:41
    Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq?(!) -DETALLAR
  • Bu gün, 14:31
    Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO
  • Bu gün, 13:15
    Analitik Ekspertiza Mərkəzində ciddi böhran: Səhiyyə sistemində nəzarətsizlik və bürokratiya dalanı
  • Bu gün, 13:09
    Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
  • Bu gün, 12:47
    Bakı Qızlar Universitetində GƏRGİNLİK
  • Bu gün, 12:41
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • Bu gün, 12:26
    Malik Məmmədovun son “Akkord”u – Şirkət çökdü
  • Bu gün, 12:16
    Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib
  • Bu gün, 12:04
    Qurban Qurbanovla Emin Əmrullayevin fərqi…
  • Bu gün, 11:54
    İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
  • Bu gün, 11:33
    400 minlik rüsvayçılıq: Emin Əmrullayevin qalmaqallı Daşbulaq planı!-VİDEO
  • Bu gün, 11:06
    FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • Bu gün, 10:47
    “Azəriqaz” işçilərini ixtisar edir - Azər Məmmədovun məqsədi nədir? - Şikayət
  • Bu gün, 10:21
    Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb
  • Bu gün, 10:05
    Trampın həmin istəyini “təhlükəli presedent” adlandırdı
  • Bu gün, 09:57
    SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
  • Bu gün, 09:48
    İş adamının 10 milyon dollarlıq boru - Xidməti avtomobili və mülklərinə qadağa qoyuldu
  • Bu gün, 09:38
    Azərbaycan neftinin qiyməti 109 dolları keçib
  • Bu gün, 09:29
    “Paramount Construction” MMC Xocalıda işlətdiyi işçilərin pulunu vermir - VİDEO MÜRACİƏT
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə