Sizin reklam burada 728×90
Son dəqiqə

Rus sülhməramlıları Zəngəzurda yeni post yaratdı - Erməni avtomobilləri yoxlanılır

08.08.2022 19:10 472 1 dəq oxunur
Rus sülhməramlıları Zəngəzurda yeni post yaratdı - Erməni avtomobilləri yoxlanılır
Rus sülhməramlıları Ermənistanın Zəngəzur (Sünik) rayonunda Meğri-Aqarak yolunda nəzarət-buraxılış məntəqəsi qurublar. Bununla bağlı çəkilən foto Yerevan.today portalında yerləşdirilib.

bakunews.az bizim media-ya istinadən xəbər verir ki, sülhməramlılar yola nəzarət edir, bütün avtomobilləri saxlayır, vətəndaşları yoxlayır, yalnız bundan sonra onları buraxırlar.

"Ermənistan hakimiyyəti bu barədə vətəndaşlara əvvəlcədən heç bir izahat verməyib.

Bu, artıq Zəngəzur bölgəsində üçüncü maneədir. Əvvəlki postlar Qafan-Çakaten və Gorus-Qafan yollarında quraşdırılıb. Fərq ondadır ki, əvvəlki iki yola azərbaycanlılar nəzarət edir.

İş bununla bitmir.

Ermənistan hökuməti Noyemberyan şossesi yaxınlığında dolama yol çəkir, çünki məlumatlara görə, bu yol "anklavların geri qaytarılması" proqramı çərçivəsində azərbaycanlılara veriləcək", - deyə portal yazır.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az