• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qadının azadlığı olmadan cəmiyyət azad ola bilməz

Cəmiyyət

18-06-2025, 14:36

Son dövrlər ölkəmizdə qadınlara qarşı zorakılıq və qətllər dəhşətli bir şəkildə artmaqdadır. Təəssüf hissi ilə qeyd etməliyik ki, artıq elə bir gün yoxdur ki, media resurslarında qadınlara qarşı zorakılıq və ya qətl xəbərlərinə rast gəlməyək. Bu halların səbəbləri çoxşaxəli olsa da, əsas köklərini patriarxal cəmiyyətin əsrlərdir formalaşdırdığı yanlış dəyərlərdə və qadının azad iradədən məhrum edilməsində görmək olar.

"Qadın ailə qurursa, yalnız meyiti ər evindən çıxmalıdır", "Kişi nə deyirsə, qanundur", "Ailəni qorumaq üçün qadın hər şeyə dözməlidir" kimi köhnə və zərərli təfəkkür tərzi qadını bu gün də kişinin tabeliyində saxlayır. Bu təfəkkür qadını bir fərd deyil, kişinin əmlakı, namus və qeyrət simvoluna çevirmişdir. Nəticədə qadın nə geyiminə, nə peşəsinə, nə də həyat seçimlərinə özü qərar verə bilmir.

Bu gün qadınlar yalnız fiziki zorakılığa deyil, həm də psixoloji, iqtisadi və sosial zorakılığa məruz qalırlar. Təkcə bu ay ərzində mediaya çıxan məlumatlara əsasən 6 qadın qətlə yetirilib, 3 qadın isə bıçaqlanıb. Və bunlar sadəcə ictimailəşən hallardır. Təəssüf ki, ölkədə qadın zorakılığı ilə bağlı dəqiq və müstəqil statistika aparan institutlar yoxdur.

Bu cəmiyyət qadını sadəcə ailə qurmaq, uşaq dünyaya gətirmək və ərinə xidmət etmək vasitəsi kimi təqdim edir. Hələ də bölgələrimizdə 15-16 yaşlı qızlar özlərindən 10-15 yaş böyük kişilərlə ailə qurmağa məcbur edilir. Erkən nikahlar qanunla qadağan olunsa da, tətbiq və nəzarət mexanizmlərinin zəifliyi və cəzasızlıq mühiti belə halların qarşısını ala bilmir.

Üstəlik, qadının təhsil almasına, işləməsinə, öz karyerasını qurmasına çox vaxt ailə tərəfindən icazə verilmir. Əgər qadın öz ayaqları üzərində durmağa çalışırsa, bu zaman onun qarşısına "evin kişisi" durur və bu cür ifadələrlə onu susdurmağa çalışır: “Qadın kişidən üstün ola bilməz”, “Kişi maaşdan aşağı qalmaz”, “Uşaq oldu, artıq işə ehtiyac yoxdur, evdə otur”. Bu isə qadını maddi asılı vəziyyətə salaraq onu daha çox təzyiqə məruz qoyur.

İndiki dövrdə, təəssüflə deyə bilərik ki, bəzi qadınlar üçün ən xoşbəxt seçim – ailə qurmamaq, müstəqil yaşamaqdır. Bu reallıq acıdır, amma doğrudur.

Nə etməli?

- Qanunvericilik sərtləşdirilməli, qadınlara qarşı zorakılıq hallarına görə cəzasızlıq dövrünə son qoyulmalıdır.

- Erkən nikahlarla bağlı məsul şəxslər, valideynlər, dini nikahı icra edənlər ciddi şəkildə məsuliyyətə cəlb edilməlidir.

- Qadın hüquqları məktəb proqramlarından başlayaraq geniş şəkildə təbliğ edilməli, maarifləndirmə kampaniyaları aparılmalıdır.

- Qadınların hüquqi, iqtisadi və sosial müstəqilliyi dövlət siyasətinin mərkəzində dayanmalıdır.


Qadınlar bilməlidir ki, onlar da kişi qədər azad doğulurlar və bu azadlığı heç kim onların əlindən ala bilməz. Qadın heç kimin namus, qeyrət anlayışına görə məhdudlaşdırıla bilməz. Qadının həyatı, hüquqları və seçimi – müqəddəsdir və toxunulmazdır.

Unutmayaq ki, qadını azad olmayan bir cəmiyyətin özü də əsarət altındadır. Azad qadın – azad cəmiyyətin təməlidir.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm

13-06-2023, 16:28

Psixoloq Sevda Əlixanova: Qadın psixoloji, iqtisadi və seksual zorakılıqlara məruz qalır

Hadisə

12-08-2022, 11:56

Bakıda “Prius” sürücüsündən qadın sərnişinə qarşı zorakılıq - VİDEO

Maraqlı

6-07-2022, 09:25

Cəmiyyətin qadın və kişiyə fərqli yanaşması

Maraqlı

8-01-2023, 18:19

Kişilər bu elementar faktları seks zamanı çox sevir

Cəmiyyət

13-05-2023, 19:43

Məişət zorakılığı hansı səbəb və hallardan qaynaqlanır...?

Hadisə

8-07-2022, 04:10

81 yaşlı kişini ütü ilə öldürməkdə günahlandırılan qadın DANIŞDI - VİDEO

Hadisə

14-05-2024, 20:06

Lənkəranda tükürpərdən CİNAYƏT: Qadını öldürüb öz həyətində basdırıblarmış - FOTO

Sosial

27-10-2023, 12:24

"İnsanlar heç bir səbəbə görə həyatdan məhrum edilməməlidir" - Komitə sədri

Cəmiyyət

29-03-2024, 14:15

Roma Papası 12 qadının ayağını yudu və öpdü

Dünya

6-07-2024, 08:08

Özbəkistanda cütlük yeni ev almaq üçün körpəsini satışa çıxarıb

Cəmiyyət

31-05-2025, 15:03

Azərbaycanda nə qədər qadın din xadimi var? - RƏSMİ

Hadisə

6-09-2022, 20:38

Qadın 49 yaşlı sevgilisini bıçaqladı - Yeməyə görə

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 18:30
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Bu gün, 09:32
Beyləqanda bir nəfər suda boğulub
Dünən, 18:16
Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
5-08-2026, 14:42
Qabırğası sınıb ürəyinə girmişdi - Kürəkəninə 10 il həbs verildi
5-08-2026, 10:24
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
4-08-2026, 15:40
Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var
Xəbər lenti
  • Bu gün, 19:00
    Ərdoğan: Məkkə sazişi sülhün təmin olunmasını hədəfləyən bütün ölkələr üçün açıqdır
  • Bu gün, 18:30
    Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
  • Bu gün, 18:20
    Gəncə şəhərində 20 Yanvar abidəsi zibillik içində - Əbədi məşəl sönüb (VİDEO)
  • Bu gün, 18:13
    Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL
  • Bu gün, 18:03
    Bu rayonlarda icra başçısı yoxdur -SİYAHI
  • Bu gün, 17:39
    Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
  • Bu gün, 17:32
    Ukrayna ordusundakı əcnəbilərin sayını açıqladı
  • Bu gün, 17:23
    Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 16:32
    “Azərlotereya” yalnız uduşu reklam edir - Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır?
  • Bu gün, 16:11
    Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı
  • Bu gün, 15:45
    Xalqın cibinə girən, cibindən çıxmayan “xidmət”: Baku Electronics həqiqətləri!
  • Bu gün, 15:38
    Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib
  • Bu gün, 15:28
    Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
  • Bu gün, 15:02
    Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub
  • Bu gün, 14:53
    SOS:KƏPƏZ HOSPİTALDA ÖLÜM HADİSƏSI-Cavab Gözləyən Suallar
  • Bu gün, 14:36
    Tramp: İran razılaşma əldə etmək istəyir
  • Bu gün, 12:45
    İşçilərin təbii axını budurmu cənab Rovşən Nəcəf ?
  • Bu gün, 12:34
    ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib
  • Bu gün, 12:20
    Ananın ürək dağlayan müraciəti: "Qızımın təhsil hüququnun qorunmasına kömək edin"
  • Bu gün, 11:52
    Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • Bu gün, 11:41
    Yeni agentliyin mətbuat katibi o oldu - Foto
  • Bu gün, 11:17
    Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır
  • Bu gün, 11:10
    Bileti müşkül, xidməti ucuz: AZAL-ın Bakı-Naxçıvan reyslərində 20 qəpiklik xidmət standartı-VİDEO
  • Bu gün, 10:41
    Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir
  • Bu gün, 10:26
    "Euro Türk Mərmər-Ağlay" MMC-nin dövlətə borcu var
  • Bu gün, 10:08
    Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
  • Bu gün, 09:58
    Husilər Səudiyyə Ərəbistanını vurdu - Yaralılar var
  • Bu gün, 09:32
    Beyləqanda bir nəfər suda boğulub
  • Bu gün, 09:16
    Bərdənin baş həkimi haqda şok iddialar - Cəmi 4 aya 400 minlik ev, 150 minlik lüks maşın! VİDEO
  • Bu gün, 08:59
    Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq
  • Dünən, 19:00
    Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
  • Dünən, 18:39
    DGK aparat rəhbəri Kənan Əsədov 2025-ci ilin sənədlərinə 2026-cı ilin qaydaları ilə yanaşır? -İDDİA
  • Dünən, 18:30
    Rəsmi Bakı Yamaykanın Müstəqillik Gününü təbrik edib
  • Dünən, 18:16
    Hacıqabulda yol qəzasında bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
  • Dünən, 18:05
    Münxendə izdihamın üzərinə maşın sürən şəxs ömürlük həbsə məhkum edilib
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə