Sizin reklam burada 728×90
Son dəqiqə

Həftəsonu dənizə getmək istəyənlərə bəd xəbər

04.08.2022 15:43 549 1 dəq oxunur
Həftəsonu dənizə getmək istəyənlərə bəd xəbər
Bakı və Abşeron yarımadasında avqustun 6-dan 9-u gündüzədək şimal-qərb küləyi 15-18 m/s, 6-7-də yarımadanın bəzi yerlərində arabir 20 m/s olacaq.

Bu barədə bakunews.az-ya milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verilib.

Avqustun 6-8-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında avqustun 5-i axşamdan 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi 6-8-də bəzi yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az