• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Qurban Qurbanovun, Fərhad Abdullayevin və digərlərinin adından istifadə edən “Makler İsa” kimdir? -İLGİNC FAKTLAR

Cəmiyyət

14-02-2025, 18:46

Azərbaycan Beynəlxalq Bankının (ABB) Zaqataladakı filialında maraqlı cinayət hadisəsinin baş verməsi barədə yazı dərc etmişdik (yazı bu linkdə). Kassir saxta qəbzlərlə 81 min manat əldə etməkdə ittiham olunur.
İstintaq orqanı təqsirləndirilən şəxs Zaur İsmayılovun 2018-ci ilin sonlarında özünə müraciət etmiş İsa Abdullayev adlı müştərini aldadaraq 81 min manat pulunu ələ keçirməsi qənaətinə gəlib. İttihamda qeyd edilir ki, Zaur illik 10 faiz qazanc əldə edəcəyi vədi ilə İsa Abdullayevi aldadıb.
Amma Zaur İsmayılov özünün İsa Abdullayevin qurbanı olduğunu, 350 minlik əmlakının ələ keçirildiyini deyir. Belə ki, Zaur torpaq və ev alqı-satqısı ilə məşğul olan İsa Abdullayevə obyektinin satışını etibar edib. Həmçinin qardaşından və bankdan kredit götürərək İsa Abdullayevə qazanc əldə etmək üçün verib.
İş üzrə olduqca ilginc məqamlar var. Zərərçəkmiş şəxs kimi tanınan İsa Abdullayevin kimliyi və fəaliyyəti ilə bağlı redaksiyamıza məlumatlar daxil olub.
Məlumata görə Zaqatalada “Makler İsa” kimi tanınan İsa Abdullayevin əməlləri heç də şəffaf deyil. Onun barəsində 19 nəfər şikayətçi müvafiq dövlət qurumlarına şikayətlər edib. Həmin şikayətlərin məzmunu dələduzluq, torpaq alqı-satqısı, əmlak satışı zamanı əldə edilən pulun ələ keçirilməsi formasındadır.
İsa Abdullayevin müxtəlif vəzifəli şəxslərin adından istifadə edərək məhkəmələrə, dövlət idarələrinə təsir etməyə çalışdığı, əmlakını ələ keçirdiyi şəxsləri həmin vəzifəli şəxslərin adından istifadə edərək aldatdığı üzə çıxıb.
Məsələn, İsa Abdullayev bir çox yerlərdə özünü Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin yaxın qohumu kimi təqdim edir. Soy ad oxşarlığını da sübut kimi təqdim edir.
Həmçinin Şəki Ağır Cinayətlər məhkəməsinin sədri Rafael Əliyevlə yaxın münasibətinin olduğunu aşağı instansiya məhkəmələrindəki işlərində dilə gətirir.
Abdullayev həmçinin “Qarabağ” Futbol Klubunun baş məşqçisi, əslən Zaqataladan olan Qurban Qurbanovla da qohum olduğunu deyərək ayrı-ayrı şəxslərin yanında nüfuz, etibar qazanmağa çalışır. O, Qurban Qurbanovun və özünün avtomobilinin dövlət nömrə nişanının sonunun “013”lə bitməsini bu qohumluğun işarəsi kimi təqdim edir.
Bununla da bitmir. İsa Abdullayev özünü Ali Məhkəmənin hakimlərindən birinin varisi kimi də təqdim edərək 20 min dollarlıq dələduzluq edib. O, özünü hakimin varisi kimi təqdim edərək xeyli sayda antik əşyaların ona qalacağını deyib. Bu işin və digər epizodların detallarını növbəti yazıda ətraflı dərc edəcəyik.
Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsi Zauru törətdiyi əməldə təqsirli bilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalında həbs edilib.(musavat)

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

9-08-2024, 11:21

Hüseyn Abdullayev infarkt keçirdi

Cəmiyyət

16-04-2024, 20:49

Ramin Abdullayevin “göydələn” biznesi

---

5-12-2023, 13:19

"Zaurları məhkəməyə vermək istəyirəm" - Xalq artisti

Kriminal

27-11-2023, 13:11

Milyonlarla manat pulu mənimsəməkdə ittiham edilən şəxs bəraət aldı

Cəmiyyət

2-08-2022, 18:40

"12-ci imam"ın cinayət işi: Aqil Babayev 2.5 milyon manatı necə ələ keçirib?

Gündəm / Cəmiyyət

31-07-2024, 12:00

Hüseyn Abdullayevi həbs etdirən şəxs deputat olmaq istəyir - Namizədliyi qeydə alındı

Gündəm / Olay

1-11-2023, 17:56

"Zaur müəllim (Zaur Hüseynov) öz övladlarına yeni avtomobillər, villalar alarkən onuda Metropolitenin xərclərinə hesablayıb?" - Kamran Məmmədli

Gündəm / Olay

19-06-2023, 19:19

İntim videoları ilə gündəmə gələn polkovnikdən XƏBƏR VAR

Cəmiyyət

6-11-2022, 19:01

Bələdiyyə sədri və bacısının şok əməlləri: "Qızıl alverindən qazanc..."

Hadisə

6-03-2024, 20:32

Razi Əliyevanı döyməkdə təqsirləndirilən şəxs dələduzluqda da ittiham olunur

Cəmiyyət

7-11-2024, 12:41

Elşad Abdullayev həbs ediləcək

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
30-08-2026, 10:30
Şəkidə itlərin hücumuna məruz qalan Niderland vətəndaşı təxliyə edilib, xəsarətləri ağırdır
29-08-2026, 18:30
Ötən gün qanunsuz saxlanan 8 silah aşkarlanıb
29-08-2026, 18:00
Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
29-08-2026, 17:35
Goranboyda yol qəzası - Yaralılar var
29-08-2026, 17:30
Xətaidə narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
29-08-2026, 11:01
Gəncədə neft çənlərində yanğının söndürülməsi üzrə təlim keçirilib
Xəbər lenti
  • Bu gün, 19:00
    Ərdoğanla Putinin görüşü keçirilir
  • Bu gün, 18:32
    Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib
  • Bu gün, 18:15
    İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
  • Bu gün, 17:55
    Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb
  • Bu gün, 17:34
    Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - "Pakdad"da nə baş verir?
  • Bu gün, 17:08
    Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH
  • Bu gün, 16:57
    "Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
  • Bu gün, 16:20
    Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var
  • Bu gün, 16:03
    İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
  • Bu gün, 15:43
    Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib
  • Bu gün, 15:30
    Gəncədə yerli məmurların başı kef məclislərinə elə qarışıb ki... - sakinlər HARAY ÇƏKİR
  • Bu gün, 15:28
    Yasamalda yaşayış binasının dibində “bas-tik” kampaniyası: İcra başçısı bu qazıntıya NİYƏ göz yumur?
  • Bu gün, 15:06
    Kino Agentliyi 3 illik auditor seçib
  • Bu gün, 15:00
    "Sədərək gömrüyündə bizimlə düşmən kimi davranırlar..." - Türkiyəli sürücülər İMDAD DİLƏYİR
  • Bu gün, 14:36
    Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
  • Bu gün, 14:28
    Ağacların dibinə beton tökülür? – Nizami rayonundan şok görüntü - VİDEO
  • Bu gün, 14:13
    Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB
  • Bu gün, 13:08
    Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
  • Bu gün, 12:51
    Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
  • Bu gün, 12:40
    Goranboyun bu kəndi SANKİ 30 İL İŞĞALDA OLUB... - FOTOFAKT
  • Bu gün, 12:18
    Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb
  • Bu gün, 12:05
    Yasamalda başçını gör... DÜNYANI DAĞIT... - BU DA FAKT...
  • Bu gün, 11:35
    İlham Əliyev Peter Pelleqrinini təbrik edib
  • Bu gün, 11:24
    'Sağlam Ailə' klinikasında XƏSTƏ MÜNASİBƏT - "Çox rəzil bir durum!"
  • Bu gün, 10:48
    Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Bu gün, 10:33
    Bişkekdə İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü olub - YENİLƏNİB
  • Bu gün, 10:24
    Pensiyalarda artım oldu: 594 manat nədir? – DETALLAR
  • Bu gün, 10:11
    İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə çıxışı gözlənilir
  • Bu gün, 10:00
    Nabranın “Palermo” klubunda qiymətlər və depozit biabırçılığı - 35 manata qarpız...
  • Bu gün, 09:40
    Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq
  • Bu gün, 09:27
    Naxçıvan Təhsil Nazirliyi bu özbaşınalığa nə vaxta kimi göz yumacaq? - ÖZBAŞINA QALIBLAR...
  • Bu gün, 09:04
    Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
  • Dünən, 19:05
    “Rüfət Əzizov və ətrafı Fətullah Gülən şəbəkəsinin adamlarıdır” - Keçmiş iş yoldaşından rektora sərt ittihamlar
  • Dünən, 18:39
    Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb
  • Dünən, 18:18
    Yasamalda 98 saylı dövlət bağçası ilə bağlı şok iddia: uşağın qanında psixotrop maddə aşkarlandığı bildirilir
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə