Sizin reklam burada 728×90
Son dəqiqə

Leysan yağacaq - Növbəti xəbərdarlıq

29.07.2024 16:55 356 1 dəq oxunur
Leysan yağacaq - Növbəti xəbərdarlıq
Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

İyulun 30-31-də, avqustun 1-də əsasən, Azərbaycanın dağlıq və dağətəyi rayonlarda gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar) qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda suluğun artacağı gözlənilir.
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az