• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Hyuston şəhərində Heydər Əliyevin 100 illiyi və Zəfər Günü qeyd edilib - FOTO

Cəmiyyət

10-11-2023, 10:54

ABŞ-ın Texas ştatının Hyuston şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə və 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzinin (USACI) təşkilatçılığı ilə baş tutan tədbirdə yerli ictimaiyyətin,
ölkəmizə dost icmaların nümayəndələri və soydaşlarımız iştirak ediblər. Azərbaycan və ABŞ-ın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə
ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Günel Ağasoyun moderatorluğu ilə aparılan tədbiri giriş sözü ilə USACI-nin rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Samir Novruzov açaraq, soydaşlarımızı xalqımızın misilsiz bayramı – Zəfər Günü münasibətilə təbrik edib. Bildirib ki, yaşadığı dövrün bütün çətinliklərinə baxmayaraq, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ölkəmizin dünya birliyinə inteqrasiya olunmasında müstəsna xidmətləri olub.
Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Texas ştatında yaşayan soydaşlarımızı Azərbaycanın Zəfər Günü, Dövlət Bayrağı Günü, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası münasibətilə təbrik edib. Bu il dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər keçirildiyini vurğulayan sədr müavini ulu öndərin vətənimiz qarşısında misilsiz xidmətlərindən danışıb, onun əsas arzusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu tərəfindən yerinə yetirildiyini xatırladıb. “Ulu öndərin öz kökünə, xalqına məhəbbətini ifadə edən məşhur “Mən fəxr edirəm ki, azərbaycanlıyam” misrasını hamımız qəlbimizdə məhəbbətlə daşıyırıq. Hesab edirik ki, Heydər Əliyev irsi həm xalqımız, həm də dünya təcrübəsi üçün mühüm məktəbdir. Milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərə söykənən bu irs Qələbəyə aparan yoldur”, - deyə o, vurğulayıb. Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Mahmud Mahmudov, Dallas Universitetinin müəllimi, astrofizika üzrə professor Dürdanə Balakişiyeva, jurnalist Sofiya Tabarovskaya ulu öndərlə, onun ABŞ-a və Hyustona səfərləri ilə bağlı xoş xatirələrini bölüşüblər. Sofya Tabarovskayanın Heydər Əliyevin 30 il öncə Texasa səfəri zamanı yerli radioya müsahibəsinin bir hissəsini səsləndirməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Natiqlər Zəfər və Bayraq günlərinin xalqımızın və dünya azərbaycanlıların həyatında rolundan danışıblar.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın Heydər Əliyevlə bağlı xatirələri, azərbaycanlı tarixçi, “Bakının sirləri” televiziya layihəsinin müəllifi və teleaparıcı Fuad Axundovun tarixi hadisələrlə əlaqəli çıxışı tədbir iştirakçılarına video formatda çatdırılıb. Tədbir ulu öndər Heydər Əliyevə həsr olunmuş və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Böyük sənət hamısı” sənədli filminin nümayişi ilə davam edib. Bədii hissədə Davud Əsgərlinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri, o cümlədən Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirilib.





Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

24-10-2023, 12:52

ABŞ-ın Çapel-Hill şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib - FOTOLAR

Cəmiyyət / Olay

9-11-2023, 20:05

Budapeştdə Zəfər Günü münasibətilə bayram tədbiri təşkil olunub - FOTOLAR

Siyasət

11-07-2023, 19:33

Polşa Azərbaycanlıları Koordinasiya Şurasına seçkilər keçirilib - FOTO

Cəmiyyət

9-11-2023, 15:21

Azərbaycan diasporu Kişinyovda keçirilən Zəfər Günü tədbirində iştirak edib - FOTOLAR

Cəmiyyət

9-11-2023, 15:12

Pyatiqorsk şəhərində Zəfər Günü qeyd edilib - FOTOLAR

Cəmiyyət

9-11-2023, 13:13

Nyu-Yorkda Amerika Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib - FOTO

Dünya

15-05-2023, 21:54

Odessa şəhərində Heydər Əliyevin 100 illiyi qeyd edilib - FOTO

Video / Bölgə

9-05-2023, 18:57

Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıldı - FOTO/VİDEO

Cəmiyyət

7-07-2023, 16:39

Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun yaranma günləri qeyd edilib - FOTO

Mədəniyyət

10-01-2023, 21:30

Salonikidə Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib

Dünya / Mədəniyyət

26-04-2023, 17:39

Almaniyada Heydər Əliyevə həsr olunmuş “İn Memoriam” adlı konsert keçirilib

İdman

7-05-2023, 19:31

Maqdeburqda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq boks turniri keçirilib

Araşdırma
322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
MƏHKƏMƏ MƏNZİLLƏRİN SATIŞINA QADAĞA QOYDU, VƏTƏNDAŞ 6 İLDİR KİRAYƏDƏDİR – “BAKU CITY” MTK ƏTRAFINDA AĞIR İDDİALAR
ATU-da “pul yığımı” qalmaqalı böyüyür: rektor Yaşar Ömərovun adı yeni səs yazısında hallanır VİDEO
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
Hadisə
Dünən, 15:00
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
29-09-2026, 11:07
Bakıda məmur arvadını döydü: Şok səbəb - TƏFƏRRÜAT
28-09-2026, 09:36
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
27-09-2026, 10:30
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
26-09-2026, 15:26
Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı
24-09-2026, 12:23
51 min manatlıq kombi oğurlandı - 4 nəfər tutuldu
Xəbər lenti
  • Dünən, 17:00
    Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirib
  • Dünən, 16:37
    322 nömrəli məktəbdə 128 840 manatlıq yığım iddiası: adlar açıqlanır, müraciətlər edilir - Bəs araşdırmanın nəticəsi haradadır?
  • Dünən, 16:00
    İranın XİN başçısı Aİ-yə ABŞ ilə İsrailin hücumlarını dəstəkləməməyi təklif edib
  • Dünən, 15:30
    Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq
  • Dünən, 15:00
    Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var
  • Dünən, 14:00
    Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq
  • Dünən, 13:30
    Kaliforniyada iri miqyaslı yanğına görə sakinlərin təxliyəsi başlayıb
  • Dünən, 13:08
    SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb
  • Dünən, 12:00
    İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb
  • Dünən, 11:30
    Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 4 təmsilçisi mübarizəyə start verir
  • Dünən, 11:00
    Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
  • 3-10-2026, 19:00
    Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
  • 3-10-2026, 18:30
    Moldovanın hava məkanını daha bir PUA pozub
  • 3-10-2026, 18:00
    Dağıstanın 3 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib
  • 3-10-2026, 17:30
    Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB
  • 3-10-2026, 17:00
    "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
  • 3-10-2026, 16:46
    Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH
  • 3-10-2026, 16:25
    Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib?- VİDEO
  • 3-10-2026, 16:04
    Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub - FOTO
  • 3-10-2026, 15:34
    Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri
  • 3-10-2026, 14:50
    Bakıda bir neçə yolda sürət həddi endirilib
  • 3-10-2026, 14:19
    Bayramov Əraqçi ilə danışdı
  • 3-10-2026, 13:47
    İranda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
  • 3-10-2026, 13:33
    Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri HƏBS EDİLDİ
  • 3-10-2026, 13:18
    Sabah da Bakıya yağış yağacaq
  • 3-10-2026, 13:10
    Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
  • 3-10-2026, 12:20
    İlham Əliyev İraq prezidentini milli bayram münasibətilə təbrik edib
  • 3-10-2026, 12:10
    Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
  • 3-10-2026, 11:49
    “Xüsusi” hesabatlar, “Xüsusi” notarius və 1,5 milyonluq SİRR…
  • 3-10-2026, 10:47
    İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
  • 3-10-2026, 10:40
    MÜTDA-da Arslan Hacıyevin beş günlük ,,XƏLİFƏLİYİ '' - İLGİNC FAKTLAR
  • 3-10-2026, 10:18
    Rusiyada mədəndə uçqun baş verib, 1 nəfər ölüb
  • 3-10-2026, 10:06
    Ramiz Mehdiyevin yaxın qohumu Xırdalanı qarışdırdı - “Buxur Vüsal” kimdir?
  • 3-10-2026, 09:45
    "Turan Tovuz" bu gün Bakıda "Fənərbağça" ilə üz-üzə gələcək
  • 2-10-2026, 20:05
    Qarabağın yeni həyatı rəqəmsal platformalarda: tələbə və inflüenserlərlə görüş
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə