Sizin reklam burada 728×90
Son dəqiqə

Pyatiqorsk şəhərində Zəfər Günü qeyd edilib -

09.11.2023 15:12 384 1 dəq oxunur
Pyatiqorsk şəhərində Zəfər Günü qeyd edilib -
Rusiyanın Stavropol diyarının Pyatiqorsk şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
“Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətin təşkilatçılığı ilə baş tutan tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən “Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov və başqaları ölkəmizin müasir tarixinə qızıl hərflərlə həkk olunmuş Zəfər Günü münasibətilə soydaşlarımızı təbrik ediblər. Bədii hissədə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, Azərbaycan mahnıları və rəqsləri təqdim olunub. Konsert proqramı Azərbaycanın qələbəsini əks etdirən videoçarxlarla müşayiət edilib. Azərbaycanın görkəmli şairi Məmməd Arazın “Azərbaycan” şeirinin səsləndirilməsi bütün zalı ayağa qaldırıb. Soydaşlarımız ayaq üstə “Azərbaycan” mahnısını alqışlayıblar. Tədbirin sonunda azərbaycanlı məktəblilər xatirə hədiyyələri və təşəkkürnamələrlə mükafatlandırılıblar.





Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az