Sizin reklam burada 728×90
Son dəqiqə

DİN: Gədəbəydə qanunsuz saxlanılan ov silahları müsadirə edilib - FOTOLAR

15.01.2023 18:33 530 1 dəq oxunur
DİN: Gədəbəydə qanunsuz saxlanılan ov silahları müsadirə edilib - FOTOLAR
Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir. Ultv.info xəbər verir ki, Keçirilən müvafiq tədbirləri nəticəsində rayonun Soyuqbulaq kənd sakini Elvin Hüseynovdan 1 ədəd 12 kalibrli qoşa lülə ov tüfəngi, 12 ədəd patron, Turşsu kənd sakini Azər Abbasovdan “İJ” markalı, 16 kalibrli ov tüfəngi, Çiçəkli kənd sakinləri Natif Quliyevdən “BUM” markalı ov tüfəngi və 49 ədəd patron, Mürsəl Tapdıqovdan 16 kalibrli, “İJ” markalı ov tüfəngi və Nağılar kənd sakini Ələkbər Əhmədovdan “TOZ” markalı ov tüfəngi və 4 ədəd patron aşkar edilərək götürülüb.

Aşkar edilən müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.


bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az