Sizin reklam burada 728×90
Son dəqiqə

Biləsuvarda polis əməkdaşları şəhid hərbi qulluqçuların ailələrini ziyarət ediblər

30.12.2022 01:18 617 1 dəq oxunur
Biləsuvarda polis əməkdaşları şəhid hərbi qulluqçuların ailələrini ziyarət ediblər
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Vətən müharibəsində igidlik və qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkib. Onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar.

Gətirdikləri bayram sovqatını təqdim ediblər. Görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi yad edilib, onların müqəddəs amal uğrunda canlarından keçdikləri vurğulanıb.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az