Sizin reklam burada 728×90
Son dəqiqə

Saatlıda Zəfər Günü ilə əlaqədar tədbir təşkil edilib

07.11.2022 19:12 550 1 dəq oxunur
Saatlıda Zəfər Günü ilə əlaqədar tədbir təşkil edilib
Tədbirin əvvəlində Saatlı RPŞ-nin rəhbərliyi və əməkdaşları Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə tər güllər düzüblər.

bakunews.azxəbər verir ki, Vətən müharibəsi iştirakçılarının və polis əməkdaşlarının iştirakı ilə Gənclər Evində davam edən tədbirdə çıxış edənlər şanlı qələbəmizdən fərəhlə danışıblar. Bildirilib ki, qüdrətli ordumuzuz gücü sayəsində 30 il işğal altında olan torpaqlarımızın azad edildi, müqəddəs amal uğrunda canlarından keçən şəhid oğullarımız qısası alındı.

Tədbirdə həmçinin, Vətən müharibəsi zamanı döyüşlərdə fərqlənən və hazırda Saatlı RPŞ-də xidmət edən polis əməkdaşına təltif olunduğu medallar da təqdim edilib.

Tədbirin sonunda isə polis şöbəsinin kollektivi DİN Daxili Qoşunlarının şəhid hərbi qulluqçusu Anar Məmmədovun məzarını ziyarət ediblər, məzarının üzərinə tər çiçəklər düzüblər.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az