• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

“NURLU KARQO”, MÜŞTƏRİNİ, İNANILMAZ TƏRZDƏ TƏHDİD EDİB! “Nurlu Karqo”nun Nursuz Oyunları

Araşdırma

12-11-2024, 17:05

Bu dəfə sizə, adı "Nurlu Karqo" olan, amma nursuz işlərlə məşğul olan daşınma şirkəti haqqında danışacağıq. Haqlı etiraz edən müştərini, şirkət, elə bir şeylə təhdid edib ki, xaotik Azərbaycan karqo bazarı, hələ indiyəqədər belə absurdluğu, nihilizmi görməmişdi!

Adəti üzrə karqodan edilən şikayətlər belədir ki, 1 müştərinin yalnız 1 şikayəti olur, lakin necə olubsa, sözügedən karqo, 1 müştərinin başına 3 dəfə oyun gətirib! Özü də, cəmi 4 ay kimi qısa müddətdə!

Dərhal mətləbə keçək.

1-Cİ ÖZBAŞINALIQ:
Binəva müştəriyə, “Nurlu Karqo”nun yaşatdığı ilk şok, bu ilin may ayında baş verib. Belə ki, müştəri, bağlamasının anbara gəldiyini görəndə, qiymətinin, vəd olunandan fərqli cür hesablandığını görüb.

Belə ki, may ayında rəsmi saytda elan edilən tarifdə, (şəkildə gördüyünüz kimi) 1-5kq arası üçün xidmət haqqı, 6 azn olduğu halda, karqo, 9 azn-dən hesablayıb.

Edilən etiraza isə şirkət belə bir gülünc və absurd cavab verib ki, saytdakı tarif yox, instaqramdakı tarif əsasdır! (skrinləri qeyd edirik)

Xatırladaq ki, eyni qanun pozuntusu üzrə, 2023-cü ilin oktyabrında “Antiinhisar”, məhkəməyə müraciət edərək, “Bahar Karqo”nu cəzalandırmışdı.


Müştəri, qanuna riayət olunmasını və “Antinhisar”a şikayət ünvanlayacağını bildirdikdə isə, nəyəsə arxayın şəkildə, qurumu “veclərinə almadıqlarını” ifadə ediblər!

Bu, birinci və çox aşkar qanun pozuntusu.

Keçək “Nurlu Karqo”nun eyni müştəriyə yaşatdığı ikinci özbaşınalığa.

2-Cİ ÖZBAŞINALIQ: Sözügedən şirkətlə bağlı yaşanılan ikinci pozuntu isə, təqdim etdikləri bağlamanın, sınmış və istifadəyə yararsız hala salınması ilə bağlı olub. Belə ki, french press adlanan (bitki dəmliyi) məhsul, ikiqat qutu ilə əhatə olunduğu halda, necəsə sınmış vəziyyətdə olub!

Şirkət rəsmisi, təbii ki yenə də məsuliyyəti boynundan atmağa çalışıb, bağlamaya görə heç bir halda məsuliyyət daşımadıqlarını bildirib. (Burda, çox mühüm bir məqamı qeyd etməliyik: müştəri bildirir ki, şirkətin “Neftçilər” filialının əməkdaşlarının, bağlamaları, top kimi bir-birilərinə tullamalarını sayıq tərpənərək, həftələr öncə kameraya çəkib. Həmin görüntüləri, “Antiinhisar”ın cavabından sonra ictimailəşdirməyi düşünür)

Onu da əlavə edək ki, “Nurlu Karqo”nun müştəriyə qırıq şəkildə təhvil verdiyi məhsulun qutusunun üzərində, “Trendyol”un “DİKKAT KIRILIR!” yazısı mövcud olub, yəni xüsusi xəbərdarlığa baxmayaraq, yenə də baglama ilə ehtiyatsız davranılıb!


Keçək “Nurlu Karqo”nun müştəriyə yaşatdığı 3-cü “ekstrim”ə.

3-CÜ ÖZBAŞINALIQ: Sözügedən karqo şirkəti, görünür ki, müştəriyə yaşatdığı “həyəcan”ı az hesab deyə, bu dəfə bağlamaları müştəridən gizlədib və deyib ki, “tap, görüm, hardadır”! Yəni, bu dəfəki problem, bağlamaların təhvil verilməsi, daha doğrusu, verilməməsi ilə bağlı olub!

Belə ki, iyul ayının ortalarında smart customs-da qeydiyyat olunan 3 bağlama, 1 aya yaxındır ki, hələ də müştəriyə təslim edilməyib və şirkət, min cür bəhanələrlə məsuliyyəti üzərindən ataraq, “bu gün gətiriləcək, sabah gətiriləcək” deyə-deyə “yola verir”. Müştəri, vəziyyətlə barışmayb, etiraz etdikdə isə şirkət, daha bir absurdluğa yol verərək, müştərini "arzuolunmaz" elan edib və hesabını bloklayacağını bildirib.(!) Bu da, o deməkdir ki, yolda olan bağlamalar və hesabda olan vəsaitlər, avtomatik olaraq ləğv olunur!

“Nurlu Karqo”, müştərinin problemlərini həll etməyin, deyəsən, ən rahat yolunu tapıb!


Yekun: “Nurlu Karqo” adlanan daşınma şirkəti, görünür ki, nəyəsə və kiməsə çox arxayındır ki, özbaşınalıq rekordu qırmaqla məşğuldur. Karqo, bu açıq sübutlardan sonra, çıxıb heç bir izah verə, bəhanə gətirə bilməz. Bəlkə də, yoxa çıxartdığı 3 bağlamanı, məsələn küləyin apardığını yaxud da cinlərin ələ keçirdiyini söyləyə bilər, lakin vəd olunan tarifdən başqa cür hesablanmanın izahını heç cür verə bilməz!

_______________

P.S. Müştəri, bir neçə gündür ki, rəsmi şəkildə "Antiinhisar"a şikayət ünvanlayıb. Əgər keçən ilin oktyabrında edilən eyni qanunsuzluğa görə “Bahar Karqo”ya sanksiya tətbiq edilibsə, məntiqlə, “Nurlu Karqo”ya da, eyni sanksiya tətbiq edilməlidir. Bu, baş verməsə, artıq “Nurlu Karqo”nun arxayınçılığının, heç də SƏBƏBSİZ OLMAMASI bəlli olacaq!

Hər halda məsələnin təqibçisi olacağıq.

MÖVZUYLA BAĞLI HAZIRLANAN SUJETİ DƏ TƏQDİM EDİRİK:


                                  May ayındakı sözügedən tarif



Müştərinin bağlamalarının qiymətinin səhv hesablanmasının sübutu




Tariflə bağlı, müştəriyə, şirkətin verdiyi gülməli izah




2 qutuda olduğu halda, necəsə, sınıq gətirdikləri bağlama!


"Buxarlanan" 3 bağlama!



Və nəhayət....MÜŞTƏRİYƏ EDİLƏN TƏHDİDİN SÜBUTU!


Burdan isə bir sual yaranır Nurlu Kargo hansı səlahiyyət sahibidir vətəndaşın şəxsi hesablarına blok qoydurmaq gücünü idarə edə bilir?

Məsələ ilə bağlı adı çəkilən şəxs və ya qurumların mövqeyn dinləməyə hazırıq. ARAŞDIRMAMIZ DAVAM EDİR.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

19-08-2024, 18:29

“Nurlu Karqo”nun Nursuz Oyunları -ETİRAZÇI MÜŞTƏRİYƏ GÖRÜN NƏ ETDİ?/VİDEO

Hadisə

3-01-2024, 23:48

“SÜRƏT” KARQO, 20 KQ-LIQ BAĞLAMANI NECƏ “YOXA ÇIXARIB”?

Gündəm / Cəmiyyət

30-09-2023, 17:25

"BAHAR" KARQO AŞKAR SAXTAKARLIQ VƏ İSTEHLAKÇI HAQLARI POZUNTUSU VAR? FOTOLAR

Gündəm / Cəmiyyət

28-09-2024, 16:24

`Findex` lə sifariş etməzdən öncə düşünün... - ÇAĞIRIŞ

Gündəm / Cəmiyyət

27-12-2022, 20:57

Sabiq baş nazirinin polkovnik oğlu işdən niyə çıxarıldı? - Komitə təsdiqlədi, biznes və pozuntular...

Dünya

15-08-2023, 18:39

Rusiya və İranın Xəzərdə gizli planları ÜZƏ ÇIXDI

Sosial / Olay

30-10-2023, 12:48

“Expressbank”da ŞÜBHƏLİ ARŞDIRMA

İqtisadiyyat

26-08-2022, 13:56

"KOLİ” Karqosunun Saxtakarlıq Anatomiyası: Şok VİDEO Faktlar!

İqtisadiyyat

15-08-2022, 16:22

Azərbaycan biznesi "müştəri məmnuniyyəti"nə önəm verirmi?

Cəmiyyət

7-11-2024, 14:47

Sifarişləri vaxtında çatırmayan "Starex Global" ilə vətəndaş arasında narazılıq yaranıb

Gündəm / İqtisadiyyat

14-05-2024, 11:06

“Trendyol Azərbaycan” daşıma qiymətlərini qaldırdı - Açıqlama

Gündəm / Cəmiyyət

5-11-2024, 15:17

“Padişah xalı” görün müştəriləri necə aldadır - AXI NİYƏ?..

Araşdırma
Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
Sumqayıt Dövlət Universitetində qiyabi tələbələrdən etiraz: “Təhsilimizi uzadırlar, işimizi və qazancımızı riskə atırlar”
146 nömrəli məktəbdə “qiymət təzyiqi” iddiası: Şagird attestat üçün direktordan asılı vəziyyətə salınır?
Balakən səhiyyəsində uzun illərin rəhbərliyi bitdi: Dilbər Quliyeva vəzifədən azad edildi – qərarın səbəbi nədir?
Qəbələ Peşə Təhsil Mərkəzində təmir qalmaqalı böyüyür: “Lider-Line” 4500 manatlıq borcu rədd edir, 9220 manat ödəniş etdiyini bildirir
Hadisə
21-09-2026, 13:05
Bakıda evdən 10 min manatlıq qızıl və pul oğurlandı – iki nəfər saxlanıldı
19-09-2026, 18:12
Bilgəhdə 2 nəfər dənizdə batdı - Axtarışları davam edir
19-09-2026, 13:25
17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurub - Bakıda dəhşət
16-09-2026, 18:00
Badamdarda yaşayış binasında partlayış olub, xəsarət alan var
15-09-2026, 18:59
Antiinhisar Agentliyinin etibarsız saydığı “FLORA HOLLAND” MMC-ni Su Ehtiyatları Agentliyi necə qalib seçə bilir
11-09-2026, 11:14
Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
Xəbər lenti
  • Bu gün, 00:27
    Dünya çempionatının bürünc medalçısı Coşqun Abdullayev: “Bu qələbəmi şəhidlərimizə həsr edirəm” VİDEO
  • Dünən, 19:00
    AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
  • Dünən, 18:30
    "Birliyin gücü"nü nümayiş etdirən təlim - hədəfə doğru addım - ŞƏRH
  • Dünən, 18:00
    Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb
  • Dünən, 17:22
    Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
  • Dünən, 17:05
    Səxavət Kəlbəcərlidən Prezedentə MÜRACİƏT – Cavid Qurbanovun BƏƏ-dəki mülkləri və Ramiz Mehdiyev işi!
  • Dünən, 16:25
    "Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
  • Dünən, 16:01
    Satıcı aldatdı, telefon bloklandı... – “Mobifon” MMC-dən daha bir ŞİKAYƏT
  • Dünən, 15:37
    Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib
  • Dünən, 15:25
    “Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi - Kosmetoloq qanunsuz işləyib
  • Dünən, 15:03
    Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"
  • Dünən, 13:50
    Ukrayna ordusu Rusiyada iki neft emalı zavodunu vurub
  • Dünən, 13:22
    “İyundan yanan transformator hələ də düzəlməyib” - Məktəbdə nə işıq var, nə su...
  • Dünən, 12:58
    İlham Əliyev: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
  • Dünən, 12:40
    “İdeal Kredit” və vəzifəli şəxsi ümumilikdə 56 min manat cərimələnib - TƏFƏRRÜAT
  • Dünən, 12:31
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dünən, 12:26
    Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi -İTTİHAM VAR...
  • Dünən, 12:00
    Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
  • Dünən, 11:04
    Ceyhun Cəlilovdan ƏCAİB TƏDARÜK... - BU NƏDİ BELƏ?
  • Dünən, 10:58
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • Dünən, 10:52
    “Bakı 4 №-li Yol İstismarı” MMC-dən şikayət - “Pulumuzu verməyən adama Vüsal Nəsirli tərəfindən yüksək vəzifə verildi”
  • Dünən, 10:41
    Azərbaycan XİN Malini təbrik edib
  • Dünən, 10:34
    “Milyonçu qardaşlar”ın sərvəti özlərinə qaldı: Gözlənilməz hökm - TƏFƏRRÜAT
  • Dünən, 10:15
    Azərbaycan neftinin qiyməti 117 dollardan aşağı düşüb
  • Dünən, 09:36
    Tehrandan Vaşinqtona sərt mesaj
  • Dünən, 08:47
    Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
  • 21-09-2026, 22:09
    Sumqayıtlı məktəbli Rza Həmidov SASMO 2026-da qızıl medal qazandı
  • 21-09-2026, 21:57
    Nəsimidə tenderlərin dəyişməyən ünvanları: 1,4 milyonluq satınalma zəncirində nə baş verir? ARAŞDIRMA
  • 21-09-2026, 19:40
    Rəşad Nəbiyevin cavabdeh olduğu nəqliyyat sistemi niyə vətəndaşı razı sala bilmir?
  • 21-09-2026, 19:24
    Xəzər dənizində zəlzələ olub
  • 21-09-2026, 19:15
    Ağstafada 490 minlik “abadlıq”: söküntü və qazıntı var, konkret ünvan isə göstərilmir
  • 21-09-2026, 18:42
    Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
  • 21-09-2026, 17:43
    Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH
  • 21-09-2026, 14:57
    Məktəblər açıldı, pul marafonu başladı... - Valideyn komitələri kimin sifarişini icra edir?
  • 21-09-2026, 14:32
    "Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə