• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

İki SAXTA Diplomla Beyləqan təhsil sektoruna rəhbər seçilən Elvin Abbasovu kim himayə edir? ARAŞDIRMA

Təhsil / Araşdırma

13-05-2024, 03:56

Bəri başdan deyək ki, Beyləqan rayon təhsil sisteminin bəxti əzəldən gətirməyib. Ta əzəldən, təhsil şöbəsinə təyin olunan müdirlər rayon təhsilini mənəvi terrora sürükləyib, bu sahəyə yalnız və yalnız gəlir mənbəyi kimi baxmaqla varlanmaq niyətini güdüblər. Düzünü desək heç yeni təyin edilən təhsil sektor müdiridə vasallarından geri qalmır.

Artıq illərdir media təhsil sektoru üzərində qara bulud kimi çökmüş saxta diplomlu ziyalı obrazının qalxması üçün əlindən gələni edir. Lakin görünən dağa bələdçi lazım olmadığı kimi bu Təhsil nazirimizə daha nələri göstərmək lazımdır deyə düşünə-düşünə qalırıq. Emin Əmurullayevin nazir təyin edildikdən bu günə qədər fəaliyyəti yalnız göstərişdən ibarətdir desək yerinə düşər. Təhsil rolikləri çəkilir lakin nazirliyin buna heç bir aidiyatı yoxdur açıqlaması gəlir. Nazirə açıq sual verilir suala cavab əvəzinə suala suallar verməklə cavablardan yayınır.

Bu gün yenə bir faktı Nazirin diqqətinə çatdırmağı özümüzə borc bilirik. Bəlkə bu dəfə bu saxta əməllərlə mübarizə aparmaqla Elm və Təhsil nazirliyinin yerlə yeksan olmuş nüfuzuna biraz nüfuz qatmış olar. Hərçənki buna reaksiya verəcəyini düşünməsəkdə yenədə cəhd etməkdən çəkilməkdə bizə yaraşmaz.

Bizim üçün maraqlı olan Elvin Abbasovun diplomunun saxta olması ilə bağlı dolaşan söz söhbətlər deyil. Çünki diplomların saxta olduğunu bizim kimi bütün dövlət qurumlarıda bilir. Amma görünən odur ki, diplomu saxta olduğu halda işindən azad edilən taksi şoferi, sələmçi sənətləri ilə varlanan Elvin Abbasov Beyləqan Təhsil Sektorunu ələ keçirmək üçün xeyli əziyyət çəkib. Elvin Abbasov Azərbaycan Müəllimlər İnistutunun Zaqatala filialının tarix-corafiya ixtisası fakultəsindən oxumaya-oxumaya diplom əldə edir. Lakin şəxsin işə qəbulu zamanı diplomun kökü olub olmaması heçdə həmin dövrdə rəhbər olan şəxslərə maraqlı olmur. Əldə etdiyimiz məlumata görə, Müəllimlər İnistutunun Zaqatala filialında ümumiyyətlə belə bir ixtisasın olmadığı vurğulanır. Zaqatala Müəllimlər Universiteti tamamilə ləğv edilsədə arxiv sənədlər əldə edilən məlumatları təsdiq edir.

Bəs Elvin Abbasov bu diplomu necə, hardan, kimin vasitəsi ilə əldə edib?

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Elvin Abbasovun diplomunun saxta olduğunu Elm və Təhsil Nazirliyi də bilir. Yəni əvvəlki nazir məsələdən xəbərdar olub. Nazir E.Əmrullayev də məsələdən agahdır lakin hər şey bu qədər bəsid qəbul edilir?

Daxil olan başqa bir məlumatda vurğulanır ki, Elvin Abbasov hələ Regional Təhsil İdarələri yaranmamışdan əvvəl direktor işləmək üçün Təhsil Nazirliyinə müraciət edib. Lakin nazirlik onun diplomu ilə bağlı mübahisələrə görə müsabiqədə iştirak etməsini təmin etməyib. Onun saxta diplomla müəllim işləməsinə belə qadağa qoyulduğu iddia edilir. Amma şəxs əldə etmək istədiyi rəhbər vəzifəni mütləqki alacağını qarşısına məqsəd qoyub. Bilindiyi qədər E.Abbasov əvvələr taksi sürücüsü kimi fəaliyyət göstəraədə sonradan rayon əhalisinin verdiyi məlumata görə sələmçiliklə qısa vaxtda imkanlı şəxslər sırasına qoşulur. Odur ki, Direktor olmaq niyyəti onu məhkəmə orqanına qədər aparır. Təhsil nazirliyi E.Abbasova qarşı ciddi qadağalar qoyması onun nazirlikdən məhkəməyə şikayət etməsinə aparıb çıxarır. Məhkəmə Nazirliyə sorğu göndərir şəxsin diplomunun kökü olmadığı gələn cavabda yer alır. Lakin məhkəmə yenədə E.Abbasovun diplomunun saxta olmasına baxmayaraq işinə bərpa edilməsini təmin edir. Müəllim kimi fəaliyyətini davam edir. Hər dəfə direktor olmaq üçün cəhd etsədə onu imtahanlara buraxmırlar. Ancaq Regional Təhsil İdarələri yaranandan sonra Elvin Abbasov Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin köməyi ilə əvvəlcə Beyləqan şəhər 8 saylı məktəbə direktor olur. Bir müddətdən sonra isə Beyləqan təhsil sektoruna müdir təyin edilib. Yəni, bu qədər bəsit görünən əslində bir sərvətə başa gəlib desək yanılmarıq. Bu gün saxta diplomla təhsil sektoruna müdir təyin edilə bilməsi əslində Nazir postunda oturan şəxsin əslində regional təhsil idarə rəhbərindən kiçik vəzifə sahibi olması portiretin görürük. Rəşad Musayevin Elvin Abbasovu direktor daha sonra sektor müdiri təyin etdirə bilməsinin arxasında nələr durur deyə suallar yaranır. Ümumillikdə təhsildə tüğyan edən rüşvət olaylarıda bu məsələnin bir qismini aydınlığa çıxarır.

Bu xüsusda əldə etdiyimiz məlumatlarda o da qeyd edilir ki, hələ bir neçə il əvvəl Elvin Abbasovun diplomunun saxta olması ilə bağlı məsələ mətbuatın gündəmində olub.

Bundan sonra, o, öz ərizəsi ilə işlədiyi Beyləqan şəhər 3 saylı tam orta məktəbdən işdən çıxıb. Və bir müddət repetitorluq edib. Bu gün isə yenidən Beyləqan rayon təhsil sektoruna qayıdıb. Özü də yüksək vəzifəyə - Beyləqanın baş müəllimi vəzifəsinə.

Məlumdur ki, universitetə qəbul imtahanı imtahanı vermək və ali təhsil müəssisəsini bitirdikdən sonra diplom almaq üçün Dövlət İmtahan Mərkəzində qeydiyyatda olmalısan. Elvin Abbasovun adının Dövlət İmtahan Mərkəzində qeydiyyatda olmaması da sübutdur ki, Elvin Abbasov qanunsuz üsullarla saxta diplom alıb.

İndi hamı kimi bizə də maraqlıdır: sələmçi və saxta diplomlu Elvin Abbasov hansı gözə görünməz qüvvənin “sehrli çubuğ”u ilə təhsil müdiri təyin edilib? Doğrudanmı, Elvin Abbasovu Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev himayə edir?



Güman edirik ki, ölkənin aidiyyəti qurumları, DTX, Baş prokurorluq, Elm və Təhsil Nazirliyi bu məsələyə biganə qalmayacaq. Elvin Abbasovun Azərbaycan Müəllimlər İnistutunun Zaqatala filialına qəbul edilmədən diplom sahibi olaraq gələcəyin təminatı olan idarədə rəhbər posta təyuin edilməsində rolu olan şəxslərində qanun qarşısına çıxarılması mütləqdir.

Gələn yazımızda şəxsin diplomunun sürəti və şəxsin məhkəmə qərarında qeyd edilən vacib hissələrin mövcudluğu oxuculara və qurumlara təqdim ediləcəkdir.

Qarşı tərəfi dinləməyə hazırıq. Bizi izləməyi unutmayın.

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Bölgə / Sosial

17-07-2023, 19:38

Beyləqanda TƏHSİL NECƏ BATI(RILI)R

Təhsil

30-07-2022, 19:20

Yeni elm və təhsil naziri təyin olunacaq? - Rəsmi açıqlama

Təhsil

30-07-2022, 18:40

Nazirlik: Elm və təhsil naziri postuna yenidən təyinat olmayacaq

Gündəm

27-04-2023, 13:22

MİKAYIL CABBAROV SAXTA DİPLOMLU “SİNİF YOLDAŞI”NI VƏZİFƏYƏ NECƏ TƏYİN EDİB?

Təhsil

28-06-2022, 20:50

Təhsil Nazirliyi məktəb direktorlarının təyinatı qaydasını dəyişdi

Təhsil

19-10-2022, 11:50

Tələbələrin ali məktəbə bərpası qaydası hazırlanacaq

Təhsil

23-08-2022, 11:22

Emin Əmrullayev brifinq keçirir - CANLI

Cəmiyyət / Bölgə

21-04-2024, 01:20

ŞƏHİD ADINA EDİLƏN HÖRMƏTSİZLİK DÖVLƏTƏ EDİLƏN XƏYANƏTDİR

Təhsil

20-08-2022, 12:03

Müəllimlərin maaşları belə hesablanacaq - Kimlər daha çox alacaq?

Təhsil

29-07-2022, 21:30

Nazir ali məktəblərin reytinqlərdə geri olmasının səbəbini açıqladı

Gündəm / Təhsil

2-11-2023, 10:10

Zaqatala təhsil şöbəsi Vüsalə Mahmudovanın direktor olması üçün adının təmizə çıxarılması üçün böyük səy göstərir

Təhsil

28-06-2022, 20:47

Etibar Əliyev: “Anar Qədiməliyev məktəbləri dağıtmaq, korrupsiyanı genişləndirmək üçün müdir təyin edilib”

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 18:07
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
Dünən, 09:16
Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
17-08-2026, 18:20
Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
17-08-2026, 10:45
Qaradağda yük maşını aşıb
13-08-2026, 09:41
Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb
11-08-2026, 16:09
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
Xəbər lenti
  • Bu gün, 19:01
    İraq neftin Hörmüz vasitəsilə ixracı üçün İrandan xüsusi şərtlər təqdim etməsini xahiş edib
  • Bu gün, 18:56
    Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır - AXI NİYƏ?
  • Bu gün, 18:40
    XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir
  • Bu gün, 18:24
    Xırdalanda təhlükəli tikinti - Transformatorun düz yanında yaşayış binası ucaldılır - VİDEO
  • Bu gün, 18:07
    Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
  • Bu gün, 17:49
    "Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." - İTTİHAM VAR...
  • Bu gün, 17:29
    Husilər 50-yə yaxın gəminin Səudiyyə Ərəbistanına giriş-çıxışının qarşısını alıb
  • Bu gün, 17:21
     Milli Park , yoxsa gəlir mənbəyi? - VİDEO
  • Bu gün, 17:02
    Bakıda və rayonlarda külək güclənəcək
  • Bu gün, 16:58
    "Kardiologiya"da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi - 80 yaşlı kardioloqa alkoqol ittihamı?
  • Bu gün, 16:25
    Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib
  • Bu gün, 15:28
    General, hüquq elmləri doktoru-professor, yoxsa texnika elmləri namizədi? – Müəmmalı kimlik və qorxu üzərində qurulan səltənət
  • Bu gün, 14:43
    Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub
  • Bu gün, 14:32
    Binəqədi sakinləri Elxan Allahverdiyevdən narazıdır – FOTO
  • Bu gün, 14:15
    Sabah bəzi rayonlarda leysan olacaq
  • Bu gün, 13:55
    Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? - İTTİHAM VAR
  • Bu gün, 13:37
    Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib
  • Bu gün, 13:23
    Yaxın adamları həbs edilən "Şapka Mamed" kimdir?
  • Bu gün, 12:19
    Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər
  • Bu gün, 10:39
    ADSEA-dan sakinlərə YEZİD ZÜLMÜ - NARAZILIQ VAR.
  • Bu gün, 10:20
    Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır
  • Bu gün, 10:03
    Peşə təhsilində sənəd qəbulu ilə bağlı narazılıq - Bakıda rəsmi qəbul alan şəxslərin sənədləri qəbul edilmir
  • Bu gün, 09:13
    UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq
  • Dünən, 18:30
    Azərbaycan və Gürcüstan sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün tədbirlər planlaşdırır
  • Dünən, 18:00
    Azərbaycan və Gürcüstan kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsini müzakirə edib
  • Dünən, 17:30
    Nigeriyada kəndə hücum zamanı ən azı 25 nəfər öldürülüb
  • Dünən, 17:08
    Fuad Muradov Nyu-Yorkda bir sıra görüşlər keçirib
  • Dünən, 17:03
    Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? - Səttar Möhbalıyevdən Sahib Məmmədova dəyişməyən sistem
  • Dünən, 16:48
    Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb
  • Dünən, 16:34
    Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu
  • Dünən, 16:16
    İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
  • Dünən, 16:10
    Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal
  • Dünən, 15:29
    Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub
  • Dünən, 15:18
    Qarabağ Universitetinin Klinikası təlim üçün Tanyer Denizə 11 min manat ödəyəcək - DETALLAR
  • Dünən, 14:53
    Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə