Sizin reklam burada 728×90
Son dəqiqə

IV Yay Düşərgəsinin iştirakçıları beynəlxalq təşkilatlara Ermənistanın müharibə cinayətləri ilə bağlı müraciət ünvanlayıb -

15.08.2023 18:18 374 1 dəq oxunur
IV Yay Düşərgəsinin iştirakçıları beynəlxalq təşkilatlara Ermənistanın müharibə cinayətləri ilə bağlı müraciət ünvanlayıb -
"Heydər Əliyev - 100" Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçıları Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı məlumatlandırma aksiyası keçiriblər.
Aksiya çərçivəsində Ermənistanın mina xəritələrini və Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlılar haqqında informasiyaları Azərbaycana təqdim etməməsinə, 30 il ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi ekoloji terrora etiraz bildirilib. Düşərgə iştirakçıları bununla bağlı BMT-yə, Avropa Şurasına, Avropa İttifaqına, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına yüzlərlə məktub göndəriblər.







Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az