• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Sosial
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Bölgə
  • Digər
    • Ölkə
    • Təhsil
    • Səhiyyə
    • Şou-biznes
    • Olay
    • Kriminal
    • Hərbi
    • Maraqlı
    • Video

Bu hal faciəyə səbəb olur - General-mayor Hikmət Abbasov - MÜSAHİBƏ

Siyasət

1-09-2022, 13:30

Son illər ölkə ərazisində meşə yanğınlarının sayı artıb.


Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar bununla bağlı mütəmadi marifləndirmə tədbirləri keçirməsinə, əhaliyə çağırışlar etməsinə baxmayaraq yanğınlar yenə də baş verməkdədir.

Əsasən yay aylarında baş verən yanğın hadisələri bu il daha çox olub. Əksər yanğın hadisələrinin baş verməsinə səbəb isə insan amilidir. Bilərəkdən və ya ehtiyatsızlıqdan baş verən yanğınlarda onlarla hektar meşə sahəsi yanaraq məhv olub.

Yanğınlar əsasən yay aylarında yerli və xarici turistlərin istirahət zonalarına səfər etməsi, orada ocaq yandırarkən təhlükəsizlik tədbirlərinə əməl etməməsidir. Digər səbəb isə bəzi işbazların meşə ərazilərində kömür istehsalı üçün qanunsuz ocaqxanalar quraşdırması, orada təhlükəsizlik tədbirləri görmədən kömür istehsal etməsidir.

Bu cür qanunsuzluqların qarşısını almaq üçün daha hansı tədbirlər görülə bilər?

Məsələ ilə bağlı bakunews.az trend-ə istinaden açıqlama verən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov bildirib ki, təmsil etdiyi qurum bu hadisələrin qarşısını almaq üçün kifayət qədər marifləndirici və qabaqlayıcı tədbirlər həyata keçirib.

"Bu ilin 7 ayı ərzində 750-dən artıq təbliğat-təşviqat tədbirləri həyata keçirilib. Aidiyyəti qurumlarla birgə keçirilən bu tədbirlərin əsas məqsədi yanğınların qarşısını alınması üçün qabaqlayıcı tədbirlər görmək, insanları, fermerləri marifləndirmək, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırmaq olub. Bəzi hallarda fermerlər yay biçinindən sonra biçilmiş sahələri yandıraraq guya torpağa gübrə effekti yaratmaq istəyirlər. Amma əksinə, bu proses torpağın münbit qatını daha da yandırır, münbit qatdakı mineralları məhv edir. Biz dəfələrlə bu cür marifləndirmə tədbirləri keçirsək də, bu tədbirlərin nəticəsi o qədər də effektiv olmur. Bəzi hallarda aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq edirik, xəbərdarlıqlar yazırıq.

Bildiyimiz kimi, yay mövsümündə bütün dünyada qlobal istiləşmə prosesi ərəfəsində bu təhlükə bizim də ölkədən yan keçmir. Amma bu yanğınların indsan amilinə gətirib çıxarması bir nömrəli problemdir. Yay aylarında vətəndaşlar bölgələrə səfər edən zaman siqaret çəkərkən sonda onu söndürmədən yerə atır. Nəzərə alsaq ki, həmin ərazidə 40 dərəcədən yüksək temperatur var və yol kənarındakı kol-koslar, quru otlar həmin siqaret közündən alışmağa meyllidir. Eyni zamanda biz mütəmadi olaraq vətəndasşların şüşə qırıntılarını, boş şüşələri yol kənarına atmamağa çağırırıq. Çünki, yüksək temperaturda günəş şüalarının şüşə məmulatları ilə fokslaşması nəticəsində də yanğın hadisələri baş verə bilir. Digər mühüm amillərdən biri isə budur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış xüsusi zonalar var ki, yay aylarında həmin ərazilərdə yanğın təhlükəsizlik qaydalarına nəzarət olunur. Vətəndaşlar üçün piknik zonaları da həmin ərazilərdə nəzərdə tutulsa da, təəssüf ki bəzi hallarda vətəndaşlar nəzərdə tutulmayan ərazilərdə pikniklər təşkil edirlər. Həmin yerlərdə yandırılan ocaqlar nəzarətsiz qalır, sonda həmin ocaqlar sönürülmədən onlar ərazini tərk edir. Nəzərə alsaq ki, yay mövsümündə ağacların qurumuş, yerə tökülmüş yarpaqları yanmağa meyllidir, ocaq tam söndürlümədiyi halda kiçik bir mehin təsirindən ocaqdakı közlər qurumuş otların, yarpaqların üzərinə düşməsi nəticəsində yanğın baş verir. Bu da ərazidə meşə sahəsinin yanmasına gətirib çıxarır",-deyə xidmət rəisi bildirib.

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən 2021-2022-ci illərdə bir çox tədbirlər həyata keçirildiyini bildirən H. Abbasov qeyd edib ki, onlardan biri də qəsdən yanğın törədilməsinin müəyyən edilməsidir: "2022-ci ildə 10-dan artıq qəsdən yanğın törədilməsi faktı aşkar edilib. Bu faktların içərisində həm öz əkin sahələrini qəsdən yandırma, həm ərazisini kol-kosdan təmizləyib onları bir yerə yığıb yandırma və meşəyə yaxın ərazilərdə ocaq qalayıb ocağı nəzarətsiz qoymaq da var.

Bu faktorlardan daha kəskini isə meşə sahələrində qanunsuz odun kömürü istehsal edən ocaqxanaların olmasıdır. 2022-ci ildə 23 bu cür fakt aşkar etmişik. Qanunvericilik normalarına əməl edilmədən, heç bir sənədi olmadan meşənin tən ortasında, bəsi hallarda meşəyə yaxın ərazilərdə bu tipli ocaqxanalar yaradaraq kömür istehsal edirlər. Onlar dünmürlər ki, bu hallar hansı faciələrə səbəb ola bilər.

Bu ilin müvafiq dövründə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən meşə ərazisində 13 ocaqxana aşkar olunub. Həmin ocaqxana sahibləri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə cərimə edilib və barələrində hüquqi müstəvidə tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Buna görə də fürsətdən istifadə edərək vətəndaşlara müraciət etmək istəyirəm ki, rayonlara səyahət edərkən bu cür amillərə diqqət yetirsin, xüsusi ayrılmamış yerlərdə pikniklər etməsin, müəyyən olunmamış yerlərdə ocaq qalamasın, ocağın tam sönməsinə əmin olmadan, ocaq yerini torpaqla örtmədən ərazini tərk etməsinlər.

Meşələrdə qanunsuz ocaqxanalar yaradan şəxslərə isə bildirmək istəyirəm ki, bu ocaqxanalar yaradaraq pul qazanmaq istəyənlərin kimlərinsə belə hərəkəti bizim üçün, xalqımız üçün böyük bir faciəyə səbəb olur. Bu bir cinayətdir, bu cür hallara yol vermək olmaz".

Xidmət rəisinin dediyinə görə, bəzən cəmiyyətdə yanğınlarla bağlı rəqəmlər səhv salınır və bu da ictimaiyyəti çaşdırır.

"Fövqəladə Hallar Nazirliyinə vətəndaş tərəfindən yanğınla bağlı olunan bütün müraciətlər əsasında yanğın yerinə çıxış olur. Amma bir çox hallarda yanğınla bağlı məlumatlar əsasız olur. Bu yanğın sayılmır. Məsələn, 2022-ci ilin müvafiq dövründə 1264, 2021-ci ilin müvafiq dövründə isə 1440 yanğın hadisəsi baş verib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 12,2 faiz az yanğın hadisəsi qeydə alınıb. Bu rəsmi statistik yanğın hadisələridir",-H. Abbasov deyib.

bakunews.az

Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp:+994 70 402 02 85
BakuNews.az
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

16-08-2022, 13:19

FHN-dən əhaliyə müraciət - DİQQƏTLİ OLUN!

Dünya

15-07-2022, 21:54

Avropada güclü meşə yanğınları başlayıb

Cəmiyyət

16-08-2022, 18:50

Meşə yanğınların söndürülməsi işləri davam etdirilir: amfibiya təyyarəsi, 2 helikopter cəlb olunub

Dünya

16-07-2022, 07:44

Avropada kəskin istilər fonunda güclü meşə yanğınları tüğyan edir

Hadisə

20-08-2022, 13:30

Qubada yanğın lokallaşdırılıb

Hadisə

25-08-2022, 12:07

Oğuzda meşədə yanğın söndürülüb

Hadisə / Bölgə

21-08-2022, 18:50

Siyəzən və Şabranda dağlıq-meşəlik sahələrdəki yanğınlar tam söndürülüb

Hadisə

21-08-2022, 00:35

Oğuzun meşəətrafı ərazisindəki yanğın söndürülüb - YENİLƏNİB

Cəmiyyət

13-07-2022, 18:57

Təzəkənd-Daşlı yataq-Söhbətli kəndlərində baş verən yanğının söndürülməsi üçün helikopter cəlb olunub

Hadisə

20-08-2022, 14:40

Siyəzəndə yanğının söndürülməsinə amfibiya təyyarəsi və 3 helikopter cəlb edilib

Dünya

13-07-2022, 14:21

Avropanın üç ölkəsini güclü meşə yanğınları bürüyüb

Hadisə

19-08-2022, 19:17

Etibar Mirzəyev: "Şimal bölgəsində yanğınlar 4 min hektar əraziyə ziyan vurub"

Araşdırma
Gəncədə 44 günlük müharibənin yaralarının bağlanmasına şərait yaratmayan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi - SAKİNLƏRDƏN SENSASİON İDDİALAR
Ağsu bazarında maşınlardan pul tələb edilir? – “Hara istəyirsiniz şikayət edin” deyən şəxslə bağlı iddialar
3 minlik burun əməliyyatı əks effekt verdi – “Vip Milan”ın həkimi ilə bağlı yeni araşdırma
“KUEHNE+NAGEL” adı, böyük qazanc vədləri və itirilən pullar: Azərbaycanda yeni şəbəkə iddiaları araşdırılır FOTOLAR
Təcili Yardım qarajında qalmaqal: Özünü rəhbər kimi tanıdan işçi, iki müdir iddiası və özbaşınalıq səs-küy yaradıb
240 minlik "Bentley", geri qaytarılmayan pullar və 54 şikayət – iddiaların mərkəzində kim dayanır?
Hadisə
Bu gün, 18:20
Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
Bu gün, 10:45
Qaradağda yük maşını aşıb
13-08-2026, 09:41
Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb
11-08-2026, 16:09
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
10-08-2026, 18:25
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
10-08-2026, 10:46
Balakəndə ağır qəza - 3 nəfər faciəvi şəkildə öldü
Xəbər lenti
  • Bu gün, 19:30
    Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib
  • Bu gün, 19:04
    Səfalı MTK ilə bağlı növbəti qalmaqal: Bu binada sakinlər qorxu içindədir -ŞİKAYƏT
  • Bu gün, 18:20
    Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb
  • Bu gün, 18:09
    Nazir dostunu həbsdən qoruya bilərmi? –“Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları
  • Bu gün, 17:32
     “Xəmsə Palace 2021” MTK yenə də PROBLEM YARADIR...
  • Bu gün, 17:13
    Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır
  • Bu gün, 16:53
    Səfalı MTK ilə bağlı növbəti qalmaqal - Bu binada sakinlər qorxu içindədir
  • Bu gün, 16:35
    "Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib
  • Bu gün, 16:29
    Köhnə marşrut lövhələri və Anar Rzayevin AYNA-sı - Biabırçılıq
  • Bu gün, 16:12
    Tramp: Hörmüz boğazındakı fəaliyyətə mane olacağı təqdirdə Omanı bombalayacağıq
  • Bu gün, 12:49
    Bir qrup hərbçi və mülki işçi ölümündən sonra "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
  • Bu gün, 12:20
    İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb
  • Bu gün, 12:04
    Məktəb direktoru xadiməni təsərrüfat işləri üzrə müdir vəzifəsinə necə təyin edib? - TƏFƏRRÜAT
  • Bu gün, 11:41
    İlham Əliyev indoneziyalı həmkarını Müstəqillik Günü münasibəti ilə təbrik edib
  • Bu gün, 11:25
    Yeni şirkətlər, köhnə işçilər: SOCAR-da nə baş verir?
  • Bu gün, 10:45
    Qaradağda yük maşını aşıb
  • Bu gün, 10:28
    Zaqatala İcra Hakimiyyətinin milyonluq tenderləri ŞÜBHƏ DOĞURDU - ŞOK SİYAHI
  • Bu gün, 10:13
    Premyer Liqada I tura bu gün yekun vurulacaq
  • Dünən, 17:00
    Türkiyədə baş verən qəzada üç nəfər ölüb, beş nəfər yaralanıb
  • Dünən, 15:30
    Sabah Bakıda və Abşeron yarımadasında 31 dərəcə isti olacaq - PROQNOZ
  • Dünən, 15:00
    Azərbaycan ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib
  • Dünən, 14:30
    İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı 50-ni keçib
  • Dünən, 14:00
    Azərbaycanın 2 boksçusu Serbiyada keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib
  • Dünən, 13:00
    Yaponiyanın cənubunda zəlzələdən sonra on minlərlə təsərrüfat susuz qalıb
  • Dünən, 12:30
    İrandakı iğtişaşlarda iştirak edən bir nəfər edam olunub
  • Dünən, 12:00
    İran və Oman Hörmüz boğazından gəmilərin keçidi üzrə marşrutu razılaşdırıb
  • Dünən, 11:00
    Qerrini məğlub edən Maxaçev UFC çempionu titulunu qoruyub
  • Dünən, 10:30
    İspaniya qırıcısı Rumıniyada pilotsuz uçuş aparatını vurub
  • Dünən, 10:07
    Azərbaycan Premyer Liqası: İlk turda daha iki görüş keçiriləcək
  • 15-08-2026, 19:00
    NYT: Fransa, Almaniya və Böyük Britaniya Avropanın Ukrayna ilə bağlı danışıqlarda iştirakına nail olmağa çalışır
  • 15-08-2026, 18:30
    İran və Tacikistan enerji sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaq
  • 15-08-2026, 18:00
    Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
  • 15-08-2026, 17:30
    Rusiyada azərbaycanlı vəkilin oğlu saxlanılıb
  • 15-08-2026, 17:00
    Polşada ölkə tarixinin ən böyük hərbi paradı keçirilib
  • 15-08-2026, 16:53
    Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA
Daha çox
  • Təsisçi: M Seyidov
  • Tel: (+99455) 402 02 85
  • Baş redaktor: Elnurə Tağıyeva
  • Tel: (+99455) 710-10-61
  • E-mail: Baku.news@mail.ru
Sosial şəbəkələrimiz:
Müəllif hüquqları qorunur. Bakunews.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə