Sizin reklam burada 728×90
Son dəqiqə

ŞƏT İqtisadi Forumu iyunun 16-17-də Daşkənddə keçiriləcək

12.08.2022 12:16 580 1 dəq oxunur
ŞƏT İqtisadi Forumu iyunun 16-17-də Daşkənddə keçiriləcək
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) II İqtisadi Forumu iyunun 16-17-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək.

bakunews.az report-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyi məlumat yayıb.

Forum çərçivəsində plenar iclas, panel müzakirələri və ikitərəfli görüşlər də baş tutacaq.

Xatırladaq ki, ŞƏT 2001-ci ildə Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və Özbəkistan tərəfindən təsis edilmiş beynəlxalq təşkilatdır. ŞƏT-də müşahidəçi ölkələr sırasına Əfqanıstan, Belarus və Monqolustan daxildir. Təşkilatın tərəfdaş ölkələri isə Ermənistan, Azərbaycan, Kamboca, Nepal, Şri-Lanka və Türkiyədir. 2021-ci ilin sentyabrında Düşənbədə keçirilən sammitdə İran da ŞƏT-ə üzv qəbul olunub, bu il isə Belarus təşkilata tamhüquqlu üzv kimi daxil olmaq üçün müraciət edib.

bakunews.az
Şikayət və təkliflər üçün qaynar xətt Xəbər, şikayət və təklifinizi bizə göndərin Əlaqə WhatsApp: +994 70 402 02 85
Yaz BakuNews.az